Chemistry News

Həqiqət iksiri – Natrium tiopental

Bir film təsəvvür edin, ssenarisində bir günahkar var, bir də qatil! Cinayət törətdiyi bilinməkdədir, lakin sübut oluna bilmir. Etiraf etməsi lazımdır… Bir alim çıxır və cinayətkara həqiqət iksiri inyeksiya edir…

Səhnə ağlınızda canlandı elə deyilmi?! Atılmış bir cəfəngiyyat kimi görünən və bir çox filmdə istifadə olunan “həqiqət iksiri”, elmi adıyla “Natrium tiopental” kimya ədəbiyyatında həqiqətən də yer alan bir birləşmədir. Natrium pentotal olaraq da adlandırılır.

Sakitləşdiricilər sinifinə aid olan bu kimyəvi birləşmə, beynimizin fəaliyyətini yavaşlatmaq istədiyi zaman ifraz etdiyi GABA maddəsini təqlid edərək mərkəzi sinir sisteminə təzyiq göstərir və beynimiz yavaşlayır. Beyin yavaşladığı zaman yalan danışmaq kimi kompleks əməliyyatlar yerinə yetirilə bilmir və bu da nəzəri olaraq geriyə tək bir yol buraxır; həqiqəti danışmaq.

Natrium tiopental ultra qısa fəaliyyət göstərən sakitləşdiricidir və əsasən ümumi anesteziyanın başlanğıc mərhələsində istifadə olunur. Venadaxili inyeksiya zamanı dərman sürətli şəkildə beyinə çatır və 30-45 saniyə ərzində bihuşluq yaradır. 1 dəqiqədə isə dərman beyində ümumi dozanın təxminən 60%-i ilə pik konsentrasiyasına çatır. Daha sonra dərman bədənin digər hissələrinə yayılır, təxminən 5-10 dəqiqəyə beyində konsentrasiya kifayət qədər azalır və huş qayıdır.

Amma gerçək dünya “Hogwarts” sehirbazlar məktəbi deyil və bir insanın həqiqəti danışması üçün sadəcə “beynin yaxşı düşünməməsi” kifayət etmir. İnsanın əlindən yaxşı düşünmək qabiliyyətini almaq onu sadəcə danışdırır. 1950-ci illərdə aparılan bir təcrübə göstərdi ki, Natrium tiopentalın təsiri altındaki cinayətkarlar demək istədiklərini seçə bilirlər və hətta etmədikləri cinayətləri belə qəbul edirlər.

Həqiqətləri söylətməsə də, Natrium tiopental və Amital, İkinci Dünya müharibəsi əsnasında döyüş travması yaşayan bir çox əsgərə yaşadıqları travmalar haqqında danışmağa sövq edərək kömək olmuşdur. Bütün bunlara baxmayaraq hal-hazırda əlimizdə bir “həqiqət iksiri” yoxdur və yaxın zamanlarda yəqin ki, olmayacaq.

Doğruluq dərmanı təcrübəsi, 1945-ci il

Natrium tiopental, insanların daha yaxşı yatmasına kömək etmək üçün 1950-60-cı illərdə geniş istifadə olunan barbituratlar adlı dərmanlar qrupuna aiddir. Onlar artıq bu məqsədlə istifadə edilmir, çünki onlar həddindən artıq asılılıq yaradır və potensial olaraq öldürücüdürlər. Dünya şöhrətli aktrisa Merilin Monronun barbituratın həddindən artıq dozası səbəbindən öldüyü bildirilir.

 

Mənbə:

  1. http://www.evrimagaci.org/
  2. https://www.sciencedirect.com/topics/pharmacology-toxicology-and-pharmaceutical-science/sodium-thiopental
  3. https://www.scientificamerican.com/article/what-is-truth-serum/
67380login-checkHəqiqət iksiri – Natrium tiopental

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon