Chemistry News

İntertek Azeri Şirkətinin Mərkəzi Laboratoriyasına Texniki Gəzinti

02 may 2018-ci il tarixində AzeCS komandası İntertek Azeri Ltd-nin Azpetrol terminalında yerləşən mərkəzi laboratoriyasına texniki gəzinti təşkil etmişdir.

Gəzinti zamanı ilkin  olaraq şirkətin layihə meneceri Nino Mirling iştirakçıları salamladı, ümumi tanışlıqdan sonra Keyfiyyət və SƏTƏM üzrə menecer Teymur Quliyev sahə və laboratoriyalarda baş verə biləcək mümkün təhlükələr və təhlükə zamanı atılan ümumi addımlar barədə məlumatlar iştirakçıların nəzərinə çatdırdı. Daha sonra iştirakçılara İntertek şirkətinin  Azərbaycan üzrə öhdəlikləri, beynəlxalq standartlar və işlərin onlara uyğun təşkili barədə qısa məlumat verildi.

Tədbir “Nümunələrin növləri, onların götürülməsi, nümunəgötürmə zamanı yaranan təhlükələr və təhlükələrin qarşısının alınması üçün görülən tədbirlər” barədə nəzəri təlimlə davam etdi. Nəzəri təlimin ardınca iştiraçılar əyani-praktik  olaraq “Qapalı dövriyyə” üsulu ilə nümunəgötürmə təlimdə iştirak etdilər. Nahar fasiləsinə getməmişdən əvvəl iştirakçılara “Qaz Xromatoqrafiyası” barədə nəzəri təlim verildi. İntertek şirkətinin təşkil etdiyi səmimi nahar süfrəsinin ardından tədbir iştirakçıları təlimçilərlə birgə “gəzinti-təlim” üçün məxsusi hazırlanmış tortu kəsdilər. Səmimi və  xoş atmosferdə keçən fasilədən sonra iştirakçılar Qaz xromatoqrafiyası haqqında əyani-praktik təlimə qatıldılar. Bundan sonra “xam neftin distilləsi ilə bağlı əyani praktik məşğələ”, “ICP cihazı ilə tanışlıq, ilkin nəzəri biliklərin verilməsi”,  “Su və Korroziya laboratoriyalarında görülən işlər, istifadə olunan cihazlar və onların təyinatı” eləcə də “Neft laboratoriyasında görülən bütün işlər, cihaz və avadanlıqlar” barədə nəzəri-demonstrativ məlumatların iştirakçılara çatdırılması ilə tədbir davam etdi.

Sonda şirkətin Direktoru Elxan müəllim tədbir iştirakçıları ilə görüşüb onlara fəal və diqqətli olmalarına görə, AzeCS komandasına təlim-gəzintisinin təşkilinə görə minnətdarlıq bildirdi, hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı və Azerbaijan Chemical Society ilə əməkdaşlığın müxtəlif səpkilərdə davam edəcəyini hər kəsin diqqətinə çatdırdı.

AzeCS Komandası da öz növbəsində tədbirin yüksək səviyyəli təşkili və səmini qonaqpərvərliyə görə başda Elxan müəllim və Nino Mirling olmaqla hər kəsə – Rüfət Hacıyev, Emin Məcidov, Teymur Quliyev, Famil Məmmədov, Kəmalə Əliyeva və Bəhruz Rəşidova öz dərin minnətdarlıqlarını bildirdilər və xatirə şəkilləri çəkdirildi.

24590login-checkİntertek Azeri Şirkətinin Mərkəzi Laboratoriyasına Texniki Gəzinti
wpChatIcon