Chemistry News

CHEMinar №8 – Sənayedə İnnovativ Kimya Texnologiyaları

14 May 2022-ci il tarixində Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə CHEMinar layihəsinin növbəti vebinarı keçirilib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin moderatorluğu ilə baş tutan tədbirin qonağı ABŞ-ın “SUEZ – Water Technologies & Solutions” şirkətinin baş tədqiqatçısı Ruslan Quliyev olub.

Vebinarda Ruslan Quliyev “Sənayedə innovativ kimya texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib. Sənayedə tullantı sularının müasir kimya texnologiyaları ilə təmizlənməsindən bəhs edən məruzəçi dünya elmində mühüm elmi kəşflər, onların ixtiralara çevrilməsi ilə yaranan yeniliklərdən danışıb.

Akademik fəaliyyəti barədə məlumat verən Ruslan Quliyev Bilkent Universitetində Engin Umut Akkaya-nın “Supramolecular Chemistry Research Group”-da çalışdığı dövrü əhatə edən, flüoressent xüsussiyətli molekullar əsasında əldə olunan innovativ materialların alınmasına dair tədqiqatlarından bəhs edib.

Daha sonra “SUEZ – Water Technologies & Solutions” şirkətinin “Yağlı suların və ağır metallarla çirklənmiş suların innovativ təmizlənmə texnologiyası” barədə təqdimatı nümayiş etdirilib.

Tədbir vebinar iştirakçılarının interaktiv müzakirələri ilə davam edib.

Qeyd edək ki, vebinarda AMEA-nın Kimya Elmləri Bölməsi İnstitutlarının elmi işçiləri, doktorantları ilə yanaşı, Respublikanın müxtəlif təhsil və elmi müəssisələrinin tələbə və magistrantları da iştirak ediblər.

81250login-checkCHEMinar №8 – Sənayedə İnnovativ Kimya Texnologiyaları

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon