Chemistry News

BDU-nun tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun bir sıra laboratoriyalarında təcrübə keçirlər.

Təcrübəyə cəlb edilən tələbələr Əlvan metal tərkibli mineral xammalın emalı, Nanokompozit katalizatorlar, Analitik kimya, Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar, Kompozisiya örtük materialları və korroziyadan mühafizə, Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə, Biomimetik sensorlar və azot-1 oksidlə oksidləşmə laboratoriyalarında aparılan elmi təcrübələri müşahidə edib və onlara tədqiqat zamanı istifadə olunan müxtəlif metodlar haqqında məlumat verilib.

Keçid elementlərinin xalkogenidləri laboratoriyasının müdiri, professor İxtiyar Bəxtiyarlı və aparıcı elmi işçi dosent Faiq Məmmədov tələbələrə Differensial termiki analiz metodu haqqında məlumat veriblər. Tələbələrə termiki analizdə istifadə olunan Almaniyanın NETZCH firmasının istehsalı olan STA 449F3 cihazının işləmə prinsipləri və tədqiqat imkanları haqqında məlumat verilib, laboratoriyada sintez olunan ərintilərdən bir neçəsinin termiki analizi onların iştirakı ilə aparılıb və nəticələr müzakirə edilib.

© www.science.gov.az

75300login-checkBDU-nun tələbələri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təcrübə keçirlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon