Chemistry News

“Oil Field Problems and Chemical Solutions” vebinarlar silsiləsini uğurla bitirənlərə sertifikat təqdim edildi


Azerbaijan Chemical Society, SPE ASOIU Student Chapter və ChampionX Azerbaijan şirkətinin birlikdə təşkil etdiyi, yerli və xarici mütəxəssislər tərəfindən keçirilən, 9 ay davam edən “Oil Field Problems and Chemical Solutions” vebinarlar silsiləsi uğurla başa çatdı. 20 May 2021-ci il tarixində Azərbaycan-Fransız Universitetində təşkil edilmiş tədbirdə imtahanlardan uğurla keçmiş şəxslərə sertifikatlar təqdim edilmişdir.
Tədbirin açılışında Azerbaijan Chemical Society’nin icraçı direktoru Elvin Rüstəmli iştirakçıları salamlamış və seminarların həyata keçirilməsi üçün xarici mütəxəssisləri cəlb etmiş ChampionX şirkətinə, xüsusilə də xarici mütəxəssilərin vebinarlara cəlb edilməsində böyük rolu olmuş AzeCS idarə heyəti üzvü Orxan Hacıyevə, təşkilati işləri yüksək səviyyədə yerinə yetirmiş SPE ASOIU komandasına öz təşəkkürünü bildirmişdir. İştirakçılara dəyərli vaxtlarını bilik və bacarıqlarını inkişaf etdirmək üçün sərf etdiklərinə görə minnətdarlığını bildirmiş, gələcək işlərində uğurlar arzu etmişdir.

Tədbirdə çıxış edən Orxan Hacıyev və İsmayıl Əlizadə də iştirakçıları təbrik etmiş, bu tip tədbirlərin bundan sonra da davam edəcəyini bildirmişlər. Daha sonra vebinarlarda yüksək nailiyyət göstərmiş iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkilmişdir.

 
 

37880login-check“Oil Field Problems and Chemical Solutions” vebinarlar silsiləsini uğurla bitirənlərə sertifikat təqdim edildi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon