Chemistry News

Vinposetin

Molecule of the Week” layihəsi çərçivəsində Zərnigar Cəfərzadə tərəfindən yazılan məqalə: “Vinposetin”.

Ümumi formulu: C22H26N2O2

Molyar kütləsi: 350,454 q/mol.

Vinposetin süni kimyəvi maddədir. Onun quruluşu “periwinkle” (bənövşə növü) bitkisində olan maddəyə bənzəyir.

Vinposetin Almaniyada “Cavinton” markası altında reseptlə satılan bir dərmandır. Lakin onun təhlükəsizliyini və ya sağlamlıq faydalarını qiymətləndirən yüksək keyfiyyətli tədqiqatlar yoxdur. ABŞ-da vinposetin pəhriz əlavələrinə daxil edilə bilər, lakin bu mübahisəlidir. 1990-cı illərdə ABŞ Qida və Dərman İdarəsi vinposetini pəhrizin tərkib hissəsi kimi qəbul etdi. Bu, onun əlavələrə daxil edilməsinə imkan verdi. Lakin 2016-cı ildə Qida və Dərman  İdarəsi şərti olaraq vinposetinin pəhriz əlavələrində icazə verilən meyarlara cavab vermədiyi qənaətinə gəldi. 2019-cu ilin iyun ayında ABŞ QDİ vinposetinin hamilə olan və ya hamilə qalmaq istəyən qadınlar üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etdi.

İnsanlar yaddaş və düşünmə bacarıqlarını yaxşılaşdırmaq, enerji artırmaq, arıqlamaq üçün vinposetin istifadə edirlər, lakin bu istifadələri dəstəkləmək üçün yaxşı elmi dəlil yoxdur.

Vinposetinin necə işlədiyi dəqiq bilinmir, lakin o, beyinə qan axınını artıra və beyin hüceyrələrini (neyronları) zədədən qoruya bilər.

İstifadəsi: Alzeymer xəstəliyi kimi düşünməyə mane olan xəstəliklər (demensiya), yaddaş gücləndiricisi, qulaqlarda cingilti, sidik qaçırma.

Doza həddi: Alzeymer xəstəliyində – 4 aya qədər gündə üç dəfə 5-10 mq.

Əks təsirləri: Ağızdan qəbul edildikdə vinposetin mədə ağrısı, ürəkbulanma, yuxu pozğunluğu, baş ağrısı, başgicəllənmə, əsəbilik və üzün qızarması kimi bəzi yan təsirlərə səbəb ola bilər.

İynə kimi vurulduqda bəzi insanlarda nizamsız və ya sürətli ürək döyüntüsünə səbəb ola bilər. Bu, həmçinin bir insanın qan təzyiqinin qısa müddət ərzində yüksəlməsinə və ya aşağı düşməsinə səbəb ola bilər.

Toksikliyi: “Periwinkle” ekstraktının toksikliyi ilə bağlı məlumat məhduddur. Heyvanlarda vinposetinin hematoloji toksikliyi bildirilmişdir və həddindən artıq dozalar aşağı qan təzyiqinə səbəb ola bilər.

 

Ədəbiyyat:

  1. https://www.webmd.com/vitamins/ai/ingredientmono-175/vinpocetine
  2. https://www.drugs.com/npp/vinpocetine.html
72050login-checkVinposetin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon