Chemistry News

CHEMinar №8 by Dr. Ruslan Guliyev – Registration is open

Dəyərli İzləyicilər,
🔻“CHEMinar – Ödənişsiz vebinarlar silsiləsi”nin növbəti möhtəşəm vebinarı ilə qarşınızdayıq.
💡Vebinarın spikeri Dr. Ruslan Quliyev “Sənayedə İnnovativ Kimya Texnologiyaları” mövzusunda çıxış edəcək.
🔹Dr. Ruslan Quliyev
• Bakalavr (2006) və magistr (2008) təhsilini Orta Doğu Texniki Universiteti (Türkiyə) Kimya fakültəsində almış, 2013-cü ildə isə Bilkənt Universiteti (Türkiyə) Nanotexnologiya İnstitutunda Üzvi ve Supramolekulyar Kimya üzrə doktorluq dərəcəsinə yiyələnmişdir. 2014-2015-ci illərdə “Fulbright Visiting Scholar Program”ı ilə “Rutgers University”də (Nyu-Cersi, ABŞ) post-dok təhsili almışdır. Müxtəlif zamanlarda “NanoDerm Sciences Inc.” şirkətində (Nyu-Cersi, ABŞ) kimyaçı-tədqiqatçı, “ATI International Inc.” şirkətində (Nyu-Cersi, ABŞ) elmi tədqiqatçı olaraq çalışmışdır. Dr. Quliyev, hazırda «SUEZ – Water Technologies & Solutions» şirkətində (Pensilvaniya, ABŞ) baş tədqiqatçı vəzifəsində çalışır.
🗓️Vebinarın vaxtı: 14 May 2022, saat 18:00 (Bakı vaxtı), Zoom platforması.
🔗Qeydiyyat linki: https://forms.gle/J96JuGh84jp43ubd7
Qeydiyyatdan keçən şəxslərə vebinarın linki göndəriləcək.
Bizimlə əlaqə: info@azecs.az
81220login-checkCHEMinar №8 by Dr. Ruslan Guliyev – Registration is open

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon