Chemistry News

Field Trip

12 Dekabr 2016-cı ildə müxtəlif universitetlərdə təhsil alan bir qrup tələbə istehsal prosesləri ilə yaxından tanış olmaları və bu sahədə müəyyən biliklərə yiyələnmələri məqsədi ilə Azerbaijan Chemical Society`nin AMEA Təcrübə-Sənaye zavoduna təşkil etdiyi texniki gəzintidə olmuşdur. Gəzinti əsnasında tələbələr zavodun bölmələrində olmuş, onlar zavodda həyata keçirilən istehsal proseslərini yaxından izləmiş və bütün proseslər tam aydın şəkildə onlara izah edilmişdir. Tələbələr zavodda istehsal olunan sürtkülər, yağlar, yuyucu vasitələr və digər məhsulların keyfiyyət analizləri edildiyi laboratoriyalarda cihazların iş prinsiplərini yaxından izləmişlər. AMEA Təcrübə-Sənaye zavodunun “Zavod Elmi-Tədqiqat Sınaq Laboratoriyası” 2014-ci ildə əsaslı şəkildə təmir olunub və zavodda istehsal olunan məhsulun keyfiyyətinə nəzarət, istehsal olunan məhsula vaxtında texniki sənədlərə müvafiq olan pasportların verilməsi, ГОСТ, ASTM, və s. texniki sənədlərə uyğun olaraq xammalların və yarımfabrikatların keyfiyyətinə analiz və nəzarəti həyata keçirdiyi laboratoriya müdiri Səxavət Rüstəmov tərəfindən gənclərin diqqətinə çatdırılmışdır. Sonda akt zalında toplanan gənclərə zavodun direktor köməkçisi Süleyman Süleymanov tərəfindən zavod haqqında bir daha geniş məlumatlar verilmişdir. Həmçinin tədbirdə çıxış edən Azerbaijan Chemical Society`nin direktoru Elvin Rüstəmli kimya cəmiyyətinin hansı məqsədlərlə yaradıldığı, hazırki zamana qədər görülən işlər və gələcək planlar haqqında danışaraq tələbələrin həm nəzəri, həm də praktiki biliklərə yiyələnmələri üçün mühazirələr, seminarlar, treyninqlər və texniki gəzintilərin davam edəcəyini açıqlamışdır. Elvin Rüstəmli zavod əməkdaşlarına təşəkkür etmiş, tədbirin təşkil olunması üçün göstərdikləri köməyə görə cəmiyyət adından təşəkkür sertifikatlarını təqdim etmişdir. Gəzintidə iştirak edən tələbələrə iştirak sertifikatları ilə yanaşı gəzinti zamanı aktivlikləri ilə fərqlənən gənclərə Azerbaijan Chemical Society və Zavod adından hədiyyələr təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir.

                                

3380login-checkField Trip
wpChatIcon