Chemistry News

CHEMinar №7 – Nüvə Maqnit Rezonansı Spektroskopiyası

2 aprel 2022-ci il tarixində CHEMinar layihəsinin növbəti vebinarı baş tutmuşdur. Vebinarın qonağı Bakı Dövlət Universitetinin Neft Kimyası və Kimya Texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru, professor İbrahim Məmmədov olmuşdur. Professor İ. Məmmədov “Nüvə Maqnit Rezonansı Spektroskopiyası” mövzusunda təqdimatla çıxış etmişdir. İbrahim müəllim təqdimatında maye və bərk sistemlərin tədqiqində istifadə olunan NMR spektroskopiyasının yaranma tarixi, tətbiq sahələri, spektrometrlərin işləmə prinsipi, istifadə olunan həlledicilər, alınan spektrlərin identifikasiyası haqqında məlumatları auditoriyanın diqqətinə çatdırmışdır. İ. Məmmədov spektrlərdə alınan piklərin oxunmasını misallar üzərində geniş izah etmişdir. O cümlədən, natiq çıxışında Bakı Dövlət Universitetində rəhbərlik etdiyi kafedrada görülən işlərdən bəhs etmiş, təhsilin bakalavr pilləsindən gənclərin laboratoriyalara cəlb edildiyini və müasir avadanlıqlarla işləmə qabiliyyətinin formalaşdırıldığını xüsusi vurğulamışdır. Eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirə həyata keçirilmişdir. Sonda məruzəçi AzeCS komandasına gənclər arasında kimya elminin tətbliğində təmannasız xidmətlərə, CHEMinar layihəsində çıxış üçün dəvətə görə öz minnətdarlığını bildirmişdir.
 
AzeCS komandası adından İbrahim müəllimə kimya elminin populyarlaşdırılması və gənclərin elmə marağının artırılması üçün başlatdığımız marafona öz töhfəsini verdiyinə, maraqlı və yaddaqalan çıxış təqdim etdiyinə görə təşəkkür edir, elmi-təşkilati və pedoqoji fəaliyyətində uğurlar arzu edirik. Eyni zamanda vebinara qoşulan iştirakçılara da təşəkkür edir və növbəti vebinarlarımızda da aktiv olmağa dəvət edirik.
78360login-checkCHEMinar №7 – Nüvə Maqnit Rezonansı Spektroskopiyası

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon