Chemistry News

Uranosen

Molecule of the Week” layihəsi çərçivəsində Mətanət Feyziyeva tərəfindən yazılan məqalə: “Uranosen”.

Ümumi formulu: C16H16U
IUPAC nomenklaturasına əsasən, Bis (η8-tsiklooktatetraenil) uranı (IV) kimi adlanır. Bununla yanaşı, digər adı uran tsiklooktatetraeniddir.
Uranosen, iki tsiklooktatetraenid halqaları arasında sıxılmış bir uran atomundan ibarət üzvi uran birləşməsidir. Sintez edilən ilk üzvi aktinid birləşmələrindən biridir. “Aktinosenlər” in üzvü olan uranosen, aktinid seriyasından elementləri özündə birləşdirən bir metalosen qrupudur. Praktiki tətbiqləri məlum olmasa da, ən çox öyrənilən bis  annulene-metal sistemidir
1940 -cı illərdə ferrosenin kəşfindən bəri, metal atomunun iki aren halqası arasında “sıxılmış” olduğu yüzlərlə “sendviç” birləşməsi sintez edilmişdir. 1968-ci ildə Kaliforniya Universitetində Andrew Streitweiser və Ulrich Mueller-Westerhoff, iki tsiklik poliolefin arasında sıxılmış aktinid metal olan uranosen hazırlamışdılar.

Fiziki xassələri: Molyar kütləsi 446.33 q/mol-dur. Yaşıl rəngli kristal quruluşa malikdir. Ərimə temperaturu 180 °C-dir. Uranosen hidrolizə davamlıdır. Uranosenin  kristal quruluşu ilk olaraq Ken Raymond qrupu tərəfindən aydınlaşdırılmışdır.

Alınması: Yuxarıda qeyd etdiyimiz kimi Uranosen ilk dəfə 1968-ci ildə Andrew Streitwieser qrupu tərəfindən 0 ° C -də THF-də kalium dihidroortofosfat tsikloktatetraenid və uran tetraxlorid reaksiyası üzrə alınmışdır:

Uranosenin kristal quruluşu:

Uranosen aromatik nitrobirləşmələrin reaksiyalarında reduksiyaedici agent rolunu oynayır.

Uranosen suya, turşulara, əsaslara və orta istiliyə davamlıdır, havada öz-özünə alovlanır.

 

Ədəbiyyat:

  1. https://pubs.acs.org/doi/10.1021/om0400705
  2. https://www.chemeurope.com/en/encyclopedia/Uranocene.html
  3. https://en.m.wikipedia.org/wiki/Uranocene
  4. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Uranocene
60040login-checkUranosen

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon