Chemistry News

Tarixdə ilk dəfə “qiymətləndirmə sistemini” icad edən kimyaçı alim – William Farish

Təhsil tarixində tələbələrə ilk “qiymət verən” şəxsin kimyaçı olduğunu bilirdinizmi?!
Hazırkı təhsil sisteminin əsasını təşkil edən “qiymətləndirmə sistemi” 1792-ci ilə qədər olmayıb və olması təklif belə edilməmişdi. Bu tarixdən əvvəl məzun olan tələbələr iş üçün müraciət etdikləri zaman müəllimlərinin adlarına görə dərəcələndirilir və qabiliyyətləri bu kriteriyaya görə təyin edilirdi. Lakin Kembric Universitetində dərs deyən kimyaçı professor William Farish 1792-ci ildə tələbələrə qiymət vermək fikrini irəli sürmüşdür. Elə o vaxtdan həyatımızı qaraldan cümlə o olmuşdur.
Həmin vaxtlar müəllimlər tələbələrin sayına görə pul alırdılar. Köhnə təhsil metodları ilə müəllimlərin tələbələrlə məşğul olması çox vaxt alırdı. Bu da tələbə sayını azaldırdı və tələbə sayının azalması da az pul demək idi. Mümkün olan çox sayda tələbələrlə məşğul olaraq daha çox pul qazanmağın dərdində olan William Farish “qiymətləndirmə sistemini” icad etdi. Artıq tələbələrlə tək-tək məşğul olmaq məcburiyyətində olmayan Farish, heç tanımadığı tələbələrə belə dərs deyərək çox pul qazanmağa başladı. Bundan əlavə William Farish universitet səviyyəsində ilk yazılı imtahan edən müəllim olaraq da tarixə keçmişdir.
28490login-checkTarixdə ilk dəfə “qiymətləndirmə sistemini” icad edən kimyaçı alim – William Farish
wpChatIcon