Chemistry News

İki dəfə Kimya üzrə Nobel Mükafatına layiq görülən yeganə şəxs – Frederick Sanger

Frederick Sanger, iki dəfə Kimya üzrə Nobel mükafatına layiq görülən yeganə şəxsdir.
O, 1958-ci ildə “zülalların, xüsusilə də insulinin quruluşu ilə bağlı tədqiqatlarına görə”, 1980-ci ildə isə “nuklein turşularında əsas ardıcıllığın müəyyən olunmasına verdiyi töhfələrə görə” Nobel Mükafatına layiq görülmüşdür.
1980-ci ildə Stokholmda ikinci Nobel mükafatını alarkən alim üzünü tədqiqatçılara və tələbələrə tutub deyir: “22 il əvvəl mən burada olarkən 1958-ci ilin məzunlarına üz tutaraq dedim ki, baxmayaraq ki, onda mənim 40 yaşım var idi, – mən hələ də özümü onlar kimi tələbə hiss edirəm. Bu gün də həmin hisslərlə yaşayıram. Mən və həmkarlarım bilik axtarışı ilə məşğul olmuşdur. Biz müəllimlərimizdən öyrənmişik, indi də öyrənirik və yenə də öyrənməkdə davam edəcəyik. Biz elmi kəşflərimizi heç də maddi sərvət və ya varlanmaq üçün etməmişik. Məhz ona görə etmişik ki, biz bu işə maraq göstərmişik, biz bu işə qəlbən bağlı olmuşuq və bu işi sevmişik. Bu işin nəticələrindən çox güclü həyəcan keçirmişik. Çəkdiyimiz əmək buna dəyərdi”.
87390login-checkİki dəfə Kimya üzrə Nobel Mükafatına layiq görülən yeganə şəxs – Frederick Sanger

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon