Chemistry News

CHEMinar №5 – Nanokimya və İnsan Orqanizmində Nanohissəciklərin Müasir Üsullarla Təyini

26 yanvar 2022-ci il tarixində CHEMinar layihəsinin 5-ci vebinarı  Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı, AMEA M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Azərbaycan Tibb Universitetinin dəstəyi ilə “Nanokimya və İnsan Orqanizmində Nanohissəciklərin Müasir Üsullarla Təyini” mövzusunda uğurla keçirilmişdir. Qeyd olunan mövzuda maraqlı təqdimatına görə vebinarın spikeri Dr. Bədəlova Kəmalə xanıma dərin minnətdarlığımızı bildiririk. Kəmalə xanım əvvəlcə nanokimya haqqında məlumatlar vermiş, daha sonra insan orqanizmində mövcud olan metal və metal oksidləri nanohissəciklər və həmin nanohissəciklərin müasir üsullarla təyini mövzusunda çıxışını davam etdirmişdir. O, həmçinin Skan Elektron Mikroskopu (SEM), Transmissiya Elektron Mikroskopu (TEM) və eyni zamanda  ICP-MS cihazı haqqında da iştirakçılara geniş məlumat vermişdir. Sonda spiker, Erasmus Mundus proqramının Medea layihəsi çərçivəsində İspaniyanın “Santiago de Compostela” Universitetində apardığı təcrübələri bölüşmüş və ünvanlanan sualları cavablandırmışdır.
Biz də öz növbəmizdə vebinarda iştirak edən bütün iştirakçılara aktiv iştiraklarına və elmi müzakirələrinə görə təşəkkür edirik. Qeyd edək ki, layihə çərçivəsində ödənişsiz vebinarlarımız hələ də davam edəcək. Növbəti vebinarlardan xəbər tutmaq üçün rəsmi saytımızı və sosial şəbəkə hesablarımızı izləməyinizi tövsiyyə edirik.

71790login-checkCHEMinar №5 – Nanokimya və İnsan Orqanizmində Nanohissəciklərin Müasir Üsullarla Təyini

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon