Chemistry News

Kimyada bu gün – 15 iyun

Fransız kimya və fizika müəllimi Jan-Fransua Pilatr de Rozye 1785-ci ilin bu günü vəfat etmişdir. O, hava şarı ilə səmaya qalxan ilk insan kimi tarixə düşmüşdür. 1783-cü il noyabrın 21-də diametri 15,5 metr, hündürlüyü isə 24 metr olan hava şarı ilə ilk sərbəst insanlı uçuşu həyata keçirmişdir.

1785-ci il iyunun 15-də Rozye hidrogenlə doldurulmuş hava şarı ilə La-Manş boğazını keçməyə cəhd göstərmişdir. Lakin uçuş zamanı hava şarı alışmış və Rozye həmkarı Pyer Romenlə birlikdə həlak olmuşdur. Hava şarı havaya qalxdığı nöqtədən təxminən 5 km aralıda qəzaya uğrayaraq yerə çırpılmışdır.

1991-ci ildə Beynəlxalq Astronomiya İttifaqı Ayın görünən səthində yerləşən kraterlərdən birinə Pilatr de Rozyenin şərəfinə “Pilatre” adını vermişdir.

161250login-checkKimyada bu gün – 15 iyun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *