Chemistry News

Sisplatin – Xərçənglə mübarizə

Sisplatin, bir sıra xərçəng xəstəliklərinin müalicəsi üçün istifadə olunan kimyaterapiya dərmanıdır. Damara inyeksiya yolu ilə verilir.
Sisplatin ilk dəfə 1845-ci ildə müəyyən edilmişdir. Koordinasiya nəzəriyyəsinin inkişafı zamanı maraq doğurmuşdur. Həmin vaxt onu kəşf edən Mişel Peyron’un adı ilə “Peyron duzu” və ya “Peyron xloridi” adlandırılmışdır.
1960-cı illərin ortalarında kimyaçı və biofizik Barnet Rozenberq sisplatinin xərçəng xəstəliyinin müalicəsində istifadəsinə dair kəşfini reallaşdırdı.
Barnet Rozenberq o dövrdə elektrik sahəsinin bakteriya artımına təsirini araşdırırdı. Araşdırma əsnasında elektrik sahəsinə məruz qalan bakteriyaların çoxalmadığını, hətta ölçülərinin 300 dəfə azaldığını müşahidə etdi. Elektrik cərəyanını bağladıqda, bakteriyalar normal şəkildə çoxalmağa davam etdi. Elektrik cərəyanının hüceyrə çoxalmasını idarə etdiyini düşündü. Komanda yoldaşları ilə birlikdə 2 il boyunca elektrik cərəyanı ilə hüceyrə çoxalması arasındakı əlaqəni anlamağa çalışdı. Analizlər nəticəsində elektrik cərəyanının hüceyrələrin çoxalmasına heç bir təsiri olmadığını başa düşdü. Hüceyrələrin çoxalmasını dayandıran elektrik sahəsi deyil, elektrodlardan sərbəst buraxılmış bir platin birləşməsi idi. Uzun araşdırmalar nəticəsində bu birləşməyə sisplatin adını verdi. Rozenberq hüceyrə çoxalmasının qarşısını alan bu maddənin xərçəngdə də işə yaraya biləcəyini düşündü. Siçanlar üzərində apardığı təcrübələr möhtəşəm nəticələr verdi. Sisplatin siçanlardakı şişlərə təsirli şəkildə hücum etdi və onların kiçilməsini təmin etdi. 6 aydan sonra siçanlar tam olaraq sağalmışdılar. Rozenberq bu nəticələri 1969-cu ildə nüfuzlu “Nature” elmi jurnalında nəşr etdirdi.
Sisplatin əsasən “Tour de France”ın qalibi Lens Armstronq’un xərçənglə mübarizəsindəki rolu ilə tanınır.
Bu maddənin trans izomeri oxşar farmakoloji təsir göstərmir.
Mənbə:
1. Chabner BKelland L. The resurgence of platinum-based chemotherapy. Nat Rev Cancer. 2007
2. B. Rosenberg et al., “Platinum compounds: a new class of potent antitumor agents,” Nature, 1969.
37590login-checkSisplatin – Xərçənglə mübarizə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon