Chemistry News

Xloroksin

Molecule of the Week” layihəsi çərçivəsində Nəzrin Qasımova tərəfindən yazılan məqalə: “Xloroksin”.

Ümumi formulu – C9H5Cl2NO

Fiziki xasssələri: Xloroksinin ərimə temperaturu 179.5 °C-dir. Molekul çəkisi 215.05-dir.

Xloroksin ilk dəfə 1888-ci ildə A. Hebebrand tərəfindən hazırlanmışdır. Kəpək və seboreik dermatiti müalicə etmək üçün şampunlara əlavə edilmiş antibakterial dərmandır. Laboratoriyada analitik reaktiv kimi istifadə edilmişdir.

Xloroksin (ticari adı: Capitrol, Xloroksin, Dixlorxinolinol) antibakterial dərmandır. İshal, bağırsaq mikroflorasının pozğunluqları (məsələn, antibiotik müalicəsindən sonra), iltihablı bağırsaq xəstəliyində istifadə olunur.

Başqa sözlə, xloroksin xinolin-8-ol molekulunda 5 və 7-ci hidrogen atomlarının xlorla əvəz olunan bir monohidroksixinolindir.

Əks təsirləri: Nadir hallarda əks təsirləri baş verir, ancaq istifadəsi bəzən ürək bulanmasına səbəb ola bilər. Dərinin qıcıqlanmasına da səbəb ola bilir.
Tətbiqi: Xloroksin kəpək və baş dərisinin seboreik dermatitinin müalicəsində istifadə olunur. Xloroksin yalnız həkim resepti ilə verilir. Xloroksinin istifadəsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
Allergik təsir: Xoroksinə  qarşı qeyri-adi və ya allergik reaksiya keçirdiyiniz halda həkimə bildirməlisiniz.
Pediatrik təsir: Xloroksinlə bağlı tədqiqatlar yalnız yetkin xəstələrdə aparılmışdır. Müxtəlif yaş qruplarında istifadəsinin müqayisəsi aparılmamışdır.

Xloroksinin istifadəsi zamanı müəyyən məqamlara diqqət etmək lazımdır:
Xloroksini mütləq şəkildə gözdən kənar tutmaq lazımdır. Təmas olarsa, xəstə gözlərini sərin su ilə yumalıdır. Bu preparatın istifadəsindən sonra açıq rəngli saçların rəngsizləşməsi (məsələn, sarı, boz və ya ağardılmış) baş verə bilər. İstifadə zamanı baş dərisində və digər bölgələrdə qıcıqlanma və yanma hissi ola bilir.

 

Ədəbiyyat:

  1. https://go.drugbank.com/drugs/DB01243
  2. https://www.medchemexpress.com/Chloroxine.html
  3. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/c/chloroxine.html
  4. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Chloroxine
  5. http://www.chemspider.com/Chemical-Structure.2065395.html
55300login-checkXloroksin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon