Chemistry News

Tanin Turşusu

Molecule of the Week layihəsi çərçivəsində Tuncay İmanlı tərəfindən yazılan məqalə: “Tanin Turşusu”.

Tanin turşusu hidroliz oluna bilən taninlər olaraq tanınan polifenol üzvi birləşmələr ailəsinə aiddir. Tanin turşuları, qallotanin turşular olaraq da bilinir. C76H52O46 kimyəvi formuluna malik birləşmədir. Zəif turşuluğu, quruluşundakı çoxsaylı fenol qruplarıyla bağlıdır. Tarixən zəhərlərə qarşı vasitə olaraq istifadə edilmişdir. Yeyinti sahəsində ətirli vasitə olaraq (dadlandırıcı) istifadə olunur. Tanin turşusu dəriyə qoruyucu təsir göstərən maddələr ehtiva edir. Təbiətdə geniş yayılmışdır, əsasən şabalıd, palıd və bəzi ağacların qabıqlarında və meyvələrində olurlar. Tanin turşusundan pivə və şərab kimi içkiləri sabitləşdirmək üçün də istifadə olunur.

Molekul kütləsi 1701,2 təşkil edir. Xəfif qoxuya malik olan bu birləşmənin rəngi açıq sarıdan qəhvəyiyə doğru dəyişir. Suyla qarışır. Tanin turşusu suyun pH səviyyəsini 7-dən aşağı salır və turş mühit yaradır. Dadı ağız büzücüdür. Ərimə temperaturu 200 °C təşkil edir. Spirtdə və asetonda çox həll olduğu halda, efirdə, benzolda, xloroform, karbon disulfiddə həll olmur.

Kimyəvi xassələri: Tanin turşusu zülalları çökdürür, çünki tərkibində olan qruplar bəzi amin turşularının -SH qrupları ilə reaksiyaya daxil olurlar.

Tanin turşularının ferment tannaz ilə hidrolizi qlükoza və qall turşusu yaradır.

Alınması: Tanin turşusu qall turşusu və 3-qalloilqall turşusunun qlükoza ilə efirləşməsi nəticəsində əmələ gələn yüksək molekul çəkili və dəyişkən tərkibli bir polifenoldur. Hidroliz oluna bilən taninlər və ya tanin turşuları ümumiyyətlə üzvi həlledicilərlə (məsələn, aseton və ya etil asetat) və ya su ilə çıxarılmaqla müxtəlif bitki mənbələrindən əldə edilir. Məsələn, şabalıd toxumu qabıqlarından (Castanea sativa), Türk safra bitkisindən (Quercus infektoriyası), Çin safra bitkisindən (Rhus semialata) və s.

Tətbiqi:

Pivə və şərabın hazırlanması (sabitləşdirici funksiyası), əczaçılıq, baytarlıq müalicələri, dəri aşılama və boyama sənayesi (Çin və Türk safra bitkilərindən çıxarılan tanin turşuları yun boyaları və qara saç boyaları kimi istifadə olunur), heyvan yemi sənayesi, rəngləndirici və litium ion batareyaları kimi tətbiq sahələrinə malikdir.

Bəzən təmizlənmiş tanin turşusu dərman kimi istifadə olunur. Bir çox  xəstəliklərin müalicəsi üçün tanin turşusu istifadə edilsə də, lakin elmi dəlillər bu istifadəni dəstəkləmirlər. Çünki bir sıra mənfi təsirlərə malikdirlər. Belə ki, tanin turşusundan istifadə edilməsi insan və heyvan orqanizmindəki bağırsaq traktında faydalı bakteriyaların böyüməsinə mane ola bilər. Tanin turşusu davamlı və ya yüksək dozalarda istifadə edilməməlidir, çünki dəmir və digər mineralların udulmasına mənfi təsir göstərir. Bundan əlavə, çox miqdarda qəbul edilməsi həzm fermentlərinin təsirini azalda bilər.Analitik kimyada reaktiv olaraq istifadə olunur. SAM kimi də çıxış edə bilir. Bundan başqa mebel üzərində yaranan gənələri öldürmək üçün tətbiq oluna bilər.

 

Ədəbiyyat:

  1. https://www.webmd.com/vitamins/ai/ingredientmono-217/tannic-acid
  2. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Tannic-acid
  3. https://az.warbletoncouncil.org/acido-tanico-13838#menu-1
  4. https://www.nature.com/scitable/blog/plantchemcast/tannic_acid_friend_or_foe/
62040login-checkTanin Turşusu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon