Chemistry News

Piqment Bənövşəyi 29

Molecule of the Week” layihəsi çərçivəsində Günel Cavadzadə tərəfindən yazılan məqalə: “Piqment Bənövşəyi 29”.

Kimyəvi formulu: C24H10N2O4

Piqment bənövşəyi 29 (PV29), üzvi birləşmə olub, boyalar, mürəkkəblər, kağızlar, xalçalar, günəş hüceyrələri və hətta dərmanlar da daxil olmaqla geniş bir rəngləmə tətbiqinə malik olan perilen əsaslı bir törəmədir. Daha rəsmi adı 3,4,9,10-perilenetetrakarboksil turşu diimiddir.

Fiziki xassələri:

Piqment bənövşəyi 29-un rəngi tünd qırmızı-bənövşəyi, bordo, qara kimi müxtəlif şəkildə təsvir edilmişdir. Bərk formada rəngi hissəcik ölçüsündən, kristal olmasından və bəzi hallarda müşahidəçinin müşahidə etdiyi bucaqdan asılıdır. Suda həll olmur, iysizdir. Ərimə nöqtəsi > 300 ºC dir. Molyar kütləsi 390.35 q/mol dur.

Əsas alınma üsulu:

Struktur olaraq, asenaftendən istehsal olunsa da, politsiklik aromatik karbohidrogen olan perilen törəməsidir. Piqment qırmızı 190 (Qırmızı 29) kimi əlaqədar törəmələrlə müqayisədə daha az yayılmış bir boyadır.

Tətbiqi:

Bənövşəyi 29 akvarel, akril boyalar, avtomobil boyaları, çap və qablaşdırma üçün mürəkkəblər, təmizləyici və yuyucu vasitələr, dərman vasitələri, günəş batareyaları, kağız, idman malları, sənaye xalçaları və qida qablaşdırmasında istifadə olunur.

Təsirləri:

Piqment bənövşəyi 29 asanlıqla buxarlanmır və suda və üzvi həlledicilərdə aşağı həllolma qabiliyyətinə malikdir. Bakteriyalar və ya digər canlı orqanizmlər tərəfindən parçalanma qabiliyyətinə malik deyil. Dəridə, gözdə və tənəffüs sistemində qıcıqlanmaya səbəb ola bilər.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (US EPA) 2016-cı il Toksik Maddələrə Nəzarət Qanununun yenilənməsi çərçivəsində bənövşəyi 29-u nəzərdən keçirdi. 2018-ci ildə EPA, piqmentin “istifadə şərtlərində insan sağlamlığına və ya ətraf mühitə əsassız bir zərər riski yaratmadığını” bildirdi. Qərar, birləşmənin aşağı həllolma qabiliyyətinə, buxar təzyiqinə və bioakkumulyasiya potensialına əsaslanır; və digər faktorlarla yanaşı, bütün məruz qalma yollarında zəif udulur. Lakin bu qərarlar Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsinin sədri olan Frank Pallone (D-NJ) ilə mübahisə yaranmasına səbəb olur. Pallone, EPA-nın ayrı-ayrı şirkətlər tərəfindən piqmentin istifadəsinin ekoloji təhlükələrini nəzərə almadığını iddia edir və bu və digər təşkilat qərarları ilə əlaqədar dinləmələr keçirmək niyyətində olduğunu bildirir.

 

Ədəbiyyat:

  1. ACSH Explains: What’s The Story On Pigment Violet 29? | American Council on Science and Health
  2. Pigment violet 29 – American Chemical Society (acs.org)
  3. “Perilen” (PDF).
  4. https://en.wikipedia.org/wiki/Pigment_Violet_29
57250login-checkPiqment Bənövşəyi 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon