“Molecule of the Week” layihəsi çərçivəsində Çinarə Fərəcova tərəfindən yazılan məqalə: “Paroksetin”.
Molekulyar formulu: C19H20FNO3
Molyar kütləsi: 329,37 q/mol
IUPAC adı: (3S-trans)-3-((1,3 benzodioksol-5-iloksi)metil)-4-(4-fluorofenil)-piperidin
Farmakaloji qrupu: antidepressantlar
Paroksetin-güclü, selektiv 5-hidroksitriptamin (seratonin) geri alınması inhibitorudur. Danimarkanın Ferrosan şirkəti tərəfindən hazırlanmış və patentləşdirilmişdir. Onun antidepressant təsiri və obsessiv-komplusiv və panik pozğunluqların müalicəsində effektivliyi beyin neyronları tərəfindən 5-hidroksitriptamin qəbulunun xüsusi inhibəsi ilə əlqədardır. Kimyəvi qurluşuna görə tritsiklik, tetratsiklik və digər antidepressantlardan fərqlidir. O, α1, α2 və β adrenergik reseptorlara, dopamin(D2), 5-HT1 formalı, 5HT2 və histamin (H1) üçün cüzi yaxınlığa malikdir. Reseptorlar psixomotor funksiyaya təsir göstərmir və etanolun depressiv təsirini gücləndirmir.
Eyni zamanda ürək-damar sisteminin fəaliyyətinə təsir göstərmir, qan təzyiqi, ürək dərəcəsi və EKQ parametrlərində klinik əhəmiyyətli dəyişikliklərə səbəb olmur.
Fiziki xassələri:
Ağ rəngli, suda həll olan kristallik maddədir.
Tətbiq olunur:
-müxtəlif etiologiyalı depressiyalar
-o cümlədən, narahatlıq, obsessiv-komplusiv pozğunluq
-çaxnaşma pozğunluğu ilə müşayiət olunan şərtlər
-o cümlədən aqorafobiya, sosial fobiya.
-ümumiləşdirilmiş narahatlıq pozğunluğu, travma sonrası stress pozğunluğu
Əks göstərişlər:
Böyrək, qaraciyər çatışmazlığı, hamiləlik, həssaslıq, qlaukoma, uşaqlar, hiperplaziya.
Ədəbiyyat:
- https://en.wikipedia.org/wiki/Paroxetine
- https://www.nhs.uk/medicines/paroxetine/
- https://www.drugs.com/paroxetine.html
- https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4954666/
- https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC5044489/
- https://journals.sagepub.com/doi/abs/10.1177/106002809302701012