Chemistry News

Meskalin

Molecule of the Week” layihəsi çərçivəsində Zərnigar Cəfərzadə tərəfindən yazılan məqalə: “Meskalin”.

Molekulyar formulu: C11H17NO3

Beynəlxalq nomenklatura ilə adı: 3,4,5-trimetoksifenetilamin

Fiziki xassələri: Molyar kütləsi 211,26 q·mol-1 -dur. Qaynama temperaturu 180 °C. Ərimə temperaturu 35,5 °C. Suda orta dərəcəli, benzol və xloroformda yaxşı həll olur. Efirlərdə praktiki olaraq həll olmur. Zəhərlidir.

Alınması: Kiçik, yumruşəkilli Peyote (Lofofora Villiamsi) kaktusundan, San Pedro kaktusundan və Peru məşəlvari kaktusundan əldə edilən psixotrop maddədir. Fabaceae lobya fəsiləsinin müəyyən üzvlərində də var və sintetik olaraq istehsal edilə bilər. 1896-cı ildə Peyote kaktusunun aktiv fundamenti olaraq izolə edildi və quruluşunun adrenalinə bənzərliyi 1919-cu ildə bilindi.

Meskalin təbii olaraq meydana gələn alkaloiddir. Halusinasiyanı stimullaşdırmaq üçün dərman kimi istifadə edilir. Bu molekul adrenal vəzilər tərəfindən ifraz olunan iki hormon, adrenalin və noradrenalin ilə struktur olaraq oxşardır; hər ikisi də sinir impulslarının ötürülməsində iştirak edən katekolamin birləşmələridir. Meskalinin mərkəzi sinir sisteminə təsirləri həm serotonin, həm də dopamin reseptorlarının stimullaşdırılmasını ehtiva edir.

Ən qədim halusinogen dərmanlardan biridir. Peyote kaktusundan istifadə edərək meskalinin alınması Şimali Amerika hinduları tərəfindən min illər əvvəl ayinlərdə istifadə edilmişdir.

Kanada, Fransa, Hollandiya və Almaniyada xam halda meskalin və  meskalin ehtiva edən qurudulmuş kaktuslar narkotik vasitə sayılır və istifadəsi qanunsuzdur. Rusiyada meskalin və tərkibində bu maddə olan bitkilər narkotik vasitə kimi qəbul edildiyindən istifadəsi qadağandır.

Tətbiqi: Meskalin serotonin çatışmazlığı ilə əlaqəli olan xəstəliklərdə, alkoqolizmin və depresiyanın müalicəsi də daxil olmaqla geniş tətbiq olunan tibbi istifadəyə malikdir. Əksər psixotrop halusinogenlər kimi meskalin də fiziki cəhətdən asılılıq yaratmır. Lakin dözümlülük yarana bilər yəni, eyni halusinogen təsirə nail olmaq üçün daha yüksək dozalar lazımdır.

Təsirləri: Halusinasiyalar, coşğu, yuxulu vəziyyət, hislərin idarə edilə bilməməsi, iştahsızlıq, qusma.

Laboratoriya sintezi: Meskalin ilk dəfə 1919-cu ildə Avstriya kimyaçısı Ernst Späth tərəfindən 3,4,5-trimetoksibenzoil xloriddən sintez edilmişdir. Bunun ardınca müxtəlif başlanğıc maddələrdən istifadə edərək çoxsaylı yanaşmalar hazırlanmışdır.

Meskalinin biosintezi. Meskalin fenilalanin hidroksilaza fermenti tərəfindən fenilalanindən əmələ gələn tirozindən biosintez olunur.

 

Ədəbiyyat:

  1. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Mescaline#section=Clinical-Laboratory-Methods
  2. https://www.drugs.com/illicit/mescaline.html
  3. https://www.britannica.com/science/mescaline
  4. https://www.chemicalbook.com/ChemicalProductProperty_EN_CB1500855.htm
64210login-checkMeskalin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon