Chemistry News

Molecule of the week-Menthol

Gördüyünüz bu molekul bitki mənşəli təbii maddədir. Adından da göründüyü kimi həm nanə dadını, həm də ətrini verir. Mentha piperita və Mentha arvensis adlı bitkilərdən almaq olur. Başqa metodla da almaq olur, məsələn “citronella” yağından ekstraksiya üsulu ilə ala bilərik. Diş məcunlarına, oral gigiyena məhsullarına, saqqızlara əlavə olunması geniş tətbiq olunur və bunlarla demək olar ki, hər gün rastlaşırsınız. Əczaçılıq sahəsində isə qaşınma əleyhinə, ağrıkəsici, antiseptik, soyuducu və s. kimi istifadə olunur. Məsələn ən sadə təcrübə, nanəli saqqızlar çeynəyəndə, ağızda soyuq təsir bağışlayır. Buna səbəb menthol-un neuronal membranda yerləşən Ca(2+) ionlarının sürətinin zəifləməsidir ki (inhibitor kimi) bunun nəticəsində “soyuducu” reseptorlar qıcıqlandırılır. Bunu necə başa düşək? Menthol-un tətbiqindən sonra orqanizm ağızda istiliyin artıdığı məlumatını alır (əslində isə bu yalan məlumatı menthol yaradır deyə bilərik) və “soyuducu” reseptorlar istiliyi neytrallaşmağa çalışır.

                                                    

 

Müəllif: Şüay Fərhad

Mənbə: “Neurosci. Lett. 322 (2002) 145–14”. SF

2950login-checkMolecule of the week-Menthol
wpChatIcon