Chemistry News

Meloksikam

Molecule of the Week” layihəsi çərçivəsində Çinarə Fərəcova tərəfindən yazılan məqalə: “Meloksikam”.

Molekul formulu: C14H13N3O4S2

Molekulyar çəki: 351,403 q/mol

Qrupu: Qeyri-steroid antiinflamatuar (iltihab əleyhinə) dərmanlar qrupu (NSAID), analjezik (ağrıkəsici)

20-ci əsrin ortalarından etibarən tibbi praktikada tətbiq edilməyə başlanılmışdır. On minlərlə insanın iştirak etdiyi kliniki araşdırmalarda sübuta əsaslanan profilinin qurulduğunu qeyd etmək lazımdır. Meloksikam – birincili dismenoreya, əməliyyatdan sonrakı ağrı, revmatoid artrit  və osteoartrit simptomlarını azaltmaq üçün, piroksikama çox oxşayan, seçici tsiklooksigenaz-2 (COX-2) inhibitoru, qeyri-steroid iltihab əleyhinə bir dərmandır. Meloksikam bəzi ənənəvi NSAID-lərin səbəb olduğu trombosit birləşməsinin inhibə edilməsi nəticəsində qanaxma müddətinin uzanmasına təsir göstərmir.

Fiziki xassələri: Açıq sarı rəngli, suda həll olmayan, güclü turşularda və qələvilərdə yaxşı, metanolda zəif həll olan bir maddədir.

İstifadəsi: Meloksikam 1977-ci ildə patentləşdirilmiş və 2000-ci ildə ABŞ-da tibbi istifadə üçün təsdiq edilmişdir. Revmatoid artritin simptomatik müalicəsi və ağrılı osteoartritin (artroz, degenerativ oynaq xəstəliyi) simptomatik müalicəsi üçün istifadə edilən qeyri-steroid antiinflamatuar bir  maddədir.

Hər növ əzələ-sümük sistemi, xüsusilə revmatoid artrit, osteoartrit və əzələ zəifliyi ilə əlaqədar  ağrı və iltihab hallarında istifadə olunur. Bununla belə  yüksək  təhlükəsizliyi və effektivliyi səbəbi ilə dismenoreya, bel ağrısı, əməliyyatdan sonrakı ağrılar üçün də istifadə olunur.

Əks göstərişi: Meloksikama qarşı yüksək həssaslıq mümkündür. Meloksikamın istifadəsi mədə-bağırsaq toksikliyi və qanaxma, baş ağrıları, səpgi və çox tünd və ya qara nəcis (bağırsaq qanaxmasının əlaməti) ilə nəticələnə bilər. Asetilsalisil turşusu və digər qeyri-steroid iltihab əleyhinə dərmanlarla qarşılaşdırmaq olmaz. Aktiv mədə xorası, ağır qaraciyər, böyrək çatışmazlığı hallarında istifadə etmək olmaz. Ümumiyyətlə, meloksikamı aşağıdakı qrup dərmanlarla birgə qəbulu qadağandır:

-ACE  inhibitorları

-Diuretiklər

-Aspirin

-Litium

-Metotreksat

-Tsiklosporin

Meloksikam xüsusilə artritlə əlaqəli ağrı və şişkinliyi, iltihabı müalicə edir. Oynaq xəstəlikləri üçün optimaldır, çünki qığırdaq üzərində zərərli təsir göstərmir və iltihab prosesini təsirli şəkildə örtür. Buna görə də Meloksikam monopereparat kimi istifadə olunur və osteoartrit və osteoxondrozun müalicəsi üçün birləşdirilmiş agentlərin tərkibinə daxildir.

 

Ədəbiyyat:

  1. https://www.drugs.com/meloxicam.html
  2. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Meloxicam
  3. https://en.wikipedia.org/wiki/Meloxicam
64820login-checkMeloksikam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon