Chemistry News

Lidokain

Molecule of the Week” layihəsi çərçivəsində Çinarə Fərəcova tərəfindən yazılan məqalə: “Lidokain”.

Molekul formulu: C14H22N2O

Molyar kütləsi: 234,3373 q/mol

Qaynama tempraturu: 350,8 0C

Qrupu: Yerli anesteziya, antiaritmik dərmanlar, oftalmik agentlər

IUPAC: 2-(dietilamino)-N-(2,6-dimetilfenil)asetamid

Lidokain və ya digər adı ilə liqnokain 1943-cü ildə isveç kimyaçısı Niels Lofgren tərəfindən antiaritmik bir vasitə olaraq sintez edilən, ilk amid tipli, lokal anesteziya və ürək depressantıdır. Novakainə nisbətən daha güclü bir hərəkət və daha uzunmüddətli təsirə malikdir, lakin təsir müddəti bupivakain və ya prilokainə nisbətən daha qısadır. Xlorid turşusunun duzu kimi istifadə olunur. Ticari adı “Ksilokain”dir. Nilsin həmkarı Bengt Lundqvist ilk anesteziya təcrübələrini öz üzərində etmişdir.

Fiziki xassələri: Ağ rəngli kristal toz, suda zəif həll olan maddədir. Suda asanlıqla həll olan xlorid turşusu duzu şəklində istifadə olunur.

Lokal anestezik təsir mexanizmi, neyron membranını sabitləşdirmək, natrium ionlarının keçiriciliyini azaltmaqdır ki, bu da hərəkət potensialının yaranmasına və impulsların keçirilməsinə mane olur.

Antiaritmik dərmanlar (amiodaron, verapamil, kinidin) lidokainlə birləşdikdə  kardiodepressiv təsir artır, xüsusən Q-T intervalının uzadılması, ayrı-ayrı hallarda AV blokadasının və ya ventikrulyar fibrilasiyanın inkişafı mümkündür.

Farmakoloji təsiri: Kimyəvi quruluşa görə lidokain asetanilid törəmələrinə aiddir. Lokal anestezik və antiaritmik təsirə malikdir. Lidokain anestezik təsirində prokaindən xeyli üstündür. Lidokainin antiaritmik xüsususiyyətləri hüceyrə membranını sabitləşdirmək, natrium kanallarını bloklamaq və kalium ionları üçün membran keçiriciliyini artırmaq qabiliyyəti ilə bağlıdır. Praktik olaraq qulaqcıqların elektrofizioloji vəziyyətinə təsir etmədən, lidokoin, ventrikullarda repolarizasiyanı sürətləndirir.

İstifadəsi: İnfiltirasiya, keçiricilik, onurğa və epidural anesteziya; Oftalmalogiyada terminal anesteziya; Kəskin koronar sindromda təkrarlanan ventrikulyar fibrilasiyanın və taxikardiyanın təkrarlanan paroksizmlərinin qarşısının alınması; Qlikozid intoksikasiyasına görə ventrikulyar aritmiyalarda istifadə olunur.

Əks  göstərişlər: Amid tipli lokal anesteziklərə və ya dərmanın hər hansı bir köməkçi maddəsinə yüksək həssaslıq ola bilər. Lidokainin ağır arterial təzyiqli və ya kardiogen  tipli xəstələrdə epidural anesteziya üçün istifadə edilməsinə icazə verilmir. İstifadə edilməzdən əvvəl həssalıq üçün dəri testi aparılmalıdır. Damara vurulduğu zaman beyin qarışıqlığı, görmə dəyişikliyi, uyuşma və qusma kimi bir sıra serebral təsirlərə səbəb ola bilər.

 

Ədəbiyyat:

  1. World Health Organization (2019). World Health Organization model list of essential medicines: 21st list 2019. Geneva: World Health Organization. hdl:10665/325771. WHO/MVP/EMP/IAU/2019.06.
  2. “Lidocaine Hydrochloride Injection BP 1% w/v – Summary of Product Characteristics (SmPC)”. (emc). 29 June 2020. Retrieved 11 April 2021.
  3. Lewin NA, Nelson LH (2006). “Chapter 61: Antidysrhythmics”. In Flomenbaum N, Goldfrank LR, Hoffman RL, Howland MD, Lewin NA, Nelson LH (eds.). Goldfrank’s Toxicologic Emergencies (8th ed.). New York: McGraw-Hill. pp. 963–4. ISBN 978-0-07-143763-9.
64470login-checkLidokain

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon