Chemistry News

Laurin Turşusu

Molecule of the Week” layihəsi çərçivəsində Nəzrin Qasımova tərəfindən yazılan məqalə: “Laurin Turşusu”.

Ümumi formulu: C12H24O2

Laurin turşusu və ya dodekan turşusu 12 karbonlu atom zəncirinə malik doymuş yağ turşusudur, beləliklə orta zəncirli yağ turşularının bir çox xüsusiyyətinə malikdir. Əksər hallarda doymuş yağ turşuları zərərlidir, ancaq bu yağ turşusu sağlamlığa zərər vermir, əksinə, olduqca faydalıdır. Laurin turşusunun duzları və efirləri lauratlar adlanır.

Laurin turşusu triqliseridlərin tərkib hissəsi olaraq, hindistan qozu südü, hindistan qozu yağı, dəfnə yağı və xurma ləpəsi yağında olan yağ turşularının təxminən yarısını təşkil edir (xurma yağı ilə qarışdırılmamalıdır). Həm də insanın ana südü (ümumi yağın 6,2%-i), inək südü (2,9%) və keçi südündə (3,1%) olur. Müxtəlif bitkilərdə rast gəlmək mümkündür.

Fiziki xassələri: Parlaq ağ rəngli, toz halında qatı maddədir. Ərimə temperaturu 43.8 °C, qaynama temperaturu isə 297.9 °C-dir. Laurin turşusu spirtlərdə, dietil efirində, fenillərdə, asetatlarda həll olur. Digər yağ turşuları kimi laurin turşusu da əlverişlidir, uzun müddət istifadə olunur, toksik deyil və təhlükəsizdir. Əsasən sabun və kosmetika istehsalı üçün istifadə olunur. Bu məqsədlər üçün laurin turşusu natrium hidroksidlə reaksiyaya girərək sabun, yəni natrium laurat əmələ gətirir.

Tətbiqi: Laurin turşusu, hindistan qozu yağında olan lipidlərdən biridir. Bu lipid orqanizm üçün  sağlamlığı və performansı dəstəkləyən çox faydalı funksiyalara malikdir.

Laurin turşusunun istifadəsi sayəsində bədəndə olan artıq yağ və piylərin itirilməsi, əzələ kütləsində artım, xolesterol səviyyəsinin azalması (həddindən artıq olduqda)  və s. kimi müsbət nəticələr əldə edə bilərsiniz.

Digər faydalarından biri də  asan həzm prosesini təmin etməkdən ibarətdir. Bu səbəbdən, ana südünün tərkibində çox miqdarda laurin turşusu var.

Qanda xolesterol səviyyəsini azaltmağa və nəzarət etməyə kömək edir. Doymuş olmasına baxmayaraq, bu heyvan deyil, bitki qidasının əsas hissəsini təşkil edir.

Antibakterial xassəyə malikdir. Monolaurinə çevrilməklə bakteriya membranın lipid təbəqəsini asanlıqla dağıdır. İmmunitet sistemini möhkəmləndirir, məhz bu səbəbdən, bir çox xəstəliklərinin qarşısını almağa yardım edir. Bu xəstəliklərə qrip, herpes, soyuqdəymə, göbələk infeksiyası kimi xəstəliklər daxildir. Laurin turşusu sızanaqların müalicəsində də effektivdir.

Aşağıdakı sxemdə laurin turşusunun qaraciyərdə metabolizması verilmişdir. O, qaraciyərdə müxtəlif yollarla metabolizmaya uğrayır. Tədqiqatlar göstərir ki, qəbul edilən laurin turşusunun əsas hissəsi birbaşa qaraciyərə nəql edilir və burada o, yağ kimi toplanmaq əvəzinə enerjiyə və digər metabolitlərə çevrilir.

Laurin turşusu sağlamlığa çoxsaylı faydası olan doymuş yağ turşusudur. Təbii ki, bundan da ən yaxşı və ən düzgün şəkildə istifadə etmək məsləhət görülür.

 

Ədəbiyyat:

  1. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Lauric-acid
  2. https://en.m.wikipedia.org/wiki/Lauric_acid
  3. https://dicasdemusculacao.org/az/acido-laurico/
  4. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/l/lauric-acid-myristic-acid.html
  5. Dayrit, F.M. (2015), The Properties of Lauric Acid and Their Significance in Coconut Oil. J Am Oil Chem Soc, 92: 1-15.
57530login-checkLaurin Turşusu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon