Chemistry News

Karboplatin

Molecule of the Week” layihəsi çərçivəsində Nəzrin Qasımova tərəfindən yazılan məqalə: “Karboplatin”.

            

Ümumi formulu:C6H12N2O4Pt

“Paraplatin” adı altında satılır.

Karboplatin bir sıra xərçəng xəstəliyi növlərini müalicə etmək üçün istifadə olunan kimyəvi terapiya dərmanıdır. Buraya ağciyər xərçəngi, baş və boyun xərçəngi, beyin xərçəngi, neyroblastoma daxildir.

Karboplatin Miçiqan Dövlət Universitetində kəşf edilmişdir daha sonra London Xərçəng Araşdırmaları İnstitutunda inkişaf etdirilmişdir. Karboplatin 1972-ci ildə patentləşdirilmiş və 1986-cı ildən tibbi istifadəsi təsdiq edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının əsas dərman siyahısında yer almışdır.

Sisplatin, karboplatin və oksaliplatin kimi antixərçəng dərmanları müxtəlif şişləri müalicə etmək üçün dünyada aktiv şəkildə istifadə olunur. Yüksək effektivliyinə baxmayaraq, bu cür kimyəvi terapiyalar güclü yan təsirlərə malikdirlər. Güclü və ağır şəkildə ürək bulanma, immunitetin azalması və s. yan təsirlərə daxildir. Bu ona görədir ki, klassik platin preparatları tez inkişaf edən xərçəng hüceyrələrinə hücum edəndə, eyni zamanda dərini, sümük iliyi və selikli mədə-bağırsaq hüceyrələri kimi tez bölünən sağlam toxumaları da zədələyir.

Fiziki xasssələri: Molekulyar çəkisi 371,25 olan ağ rəngli  kristal tozdur. Suda təxminən 14 mq/ml nisbətində həll olunur və 1% məhlulun pH dəyəri 5-7 arasındadır. Qaynama temperaturu 366,4°C-dir. Ərimə nöqtəsi 228-230 °C-dir. Etanol, aseton və dimetilasetamiddə praktik olaraq həll olunmur.

Sintez metodu:

Sisplatin mis nitratla reaksiyaya daxil olaraq sis-diamino- (1,1-tsiklobutandikarboksilat) platinium (II) əmələ gətirir. Əmələ gələn qarışıq daha sonra tsiklobutan-1,1-dikarboksilik turşu ilə reaksiyaya girərək karboplatin əmələ gətirir.

Kimyəvi xassələri:

Tətbiqi: Karboplatin xərçəngi müalicə etmək üçün istifadə olunur. Karboplatin, ağciyər, baş və boyun, qida borusu, və digər xərçəng növləri üçün də istifadə olunur.

 

Ədəbiyyat:

  1. https://www.sciencedirect.com/topics/chemistry/carboplatin
  2. https://gpatindia.com/carboplatin-synthesis-sar-mcqstructurechemical-properties-and-therapeutic-uses/
  3. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/c/carboplatin.html
  4. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Carboplatin
54460login-checkKarboplatin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon