Chemistry News

Karbofuran

Molecule of the Week” layihəsi çərçivəsində Nəzrin Qasımova tərəfindən yazılan məqalə: “Karbofuran”.

Ümumi formulu: C12H15NO3.
Dünyanın müxtəlif yerlərində kartof, qarğıdalı və soya da daxil olmaqla müxtəlif çöl bitkiləri üzərində böcəklərə qarşı mübarizə aparmaq üçün geniş istifadə olunan karbamat pestisididir. Böcək dərmanı kimi bitki onu kökləri ilə mənimsəyir və oradan onu böcək öldürmə konsentrasiyalarına çatdığı orqanlarına paylayır. Karbofuran istifadə olunan ən zəhərli pestisidlərdən biridir. Hollandiyada bir patent bu istifadəni ilk dəfə 1964-cü ildə izah etmişdir.

Karbofuran insan sağlamlığı üçün risk yaradır. Bu səbəbdən, Amerika Birləşmiş Ştatları Fövqəladə Planlaşdırma və İcma Tanınma Haqqında Qanununun (42 USC 11002) 302-ci maddəsində müəyyənləşdirildiyi üzrə, ABŞ-da son dərəcə təhlükəli bir maddə kimi təsnif edilir. Asiya, Avstraliya və Cənubi Amerikada isə istifadəsinə geniş yer verilmişdir.

Fiziki xassələri: Karbofuran qoxusuz, ağ rəngli  kristal maddədir. Dəri ilə təmasda olduqda dəri və gözləri yandıra bilər. İsti və ya alovla qarşılıqlı təsirdə olduqda zəhərli azot oksidləri buraxa bilər. Dəri ilə təması və ya qəbulu olduqca  zərərlidir. Əsasən, pestisid kimi istifadə olunur. Ərimə nöqtəsi 151 °C, qaynama temperaturu 313,3 °C-dir. Karbofuran suda çox az həll olur, N-metil-2-pirrolidon, dimetilformamid, dimetil sulfoksid, aseton, asetonitril, metilen xlorid, tsikloheksanon, benzol və ksilolda yaxşı həll olunur.

Karbofuranın texniki və ya kimyəvi adı 2,3-dihidro-2,2-dimetil-7-benzofuranil metilkarbamatdır.
Karbofuran metil izosianatın 2,3-dihidro-2,2-dimetil-7 hidroksibenzofuran ilə reaksiyasından alınır.

Karbofuranın zərərli tərəfləri sayca çoxluq təşkil edir. Belə ki, insan 1 ml karbofuran (1/4 çay qaşığı) qəbul edərsə, ölümlə nəticələnə bilər.
Bundan əlavə karbofuran onurğalılar üçün yüksək dərəcədə toksiki maddədir. Karbofuranın quşlar üçün xüsusilə zəhərli olduğu bilinir. Dən şəklində quş tərəfindən istifadəsi quşun ölümünə səbəb ola bilər. Quşlar tez-tez toxumla səhv salaraq pestisidin çox sayda dənəsini yeyir və qısa müddət sonra ölür. 1991-ci ildə dənəcikli forma EPA tərəfindən qadağan edilməmişdən əvvəl ildə milyonlarla quş ölümünə səbəb olurdu. Pestisidin maye versiyası quşlar üçün daha az təhlükəlidir, çünki quşlar onu birbaşa qəbul etmə ehtimalı yoxdur, lakin yenə də çox təhlükəlidir.

Kanada və Avropa Birliyində karbofuranın istifadəsi qadağandır. 2008-ci ildə Birləşmiş Ştatların Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) karbofuranı qadağan etmək istədiyini açıqlamışdı. Həmin ilin dekabr ayında ABŞ-ın yeganə karbofuran istehsalçısı olan FMC Corp., könüllü olaraq EPA-dan həmin kimyəvi maddənin əvvəllər icazə verilən altı istiqamətindən başqa hamısını ləğv etməsini xahiş etdiyini bildirdi. Bu dəyişikliklərə görə ABŞ-da karbofuranın istifadəsinə yalnız qarğıdalı, kartof, balqabaq, günəbaxan, şam fidanı və toxum üçün yetişdirilən ispanaqda icazə veriləcəkdir.
2009-cu ilin may ayında EPA, bütün qidalarda karbofuranın istifadəsini ləğv etdi. Keniyada da karbofuranın qadağan edilməsi haqda müzakirələr gedir.

 

Ədəbiyyat:

  1. http://www.inchem.org/documents/jmpr/jmpmono/v96pr03.htm
  2. US EPA/OPPTS; Reregistration Eligibility Decisions (REDs) Database on Carbofuran (1563-66-. EPA-738-R-06-031 August 2006.
  3. Carbofuran”chemeurope.com. Retrieved June 10, 2021
  4. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Carbofuran
  5. https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/carbofuran
  6. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/c/carbofuran.html
  7. http://www.fao.org › CarbofurPDF Carbofuran – Food and Agriculture Organization of the United Nations

 

54020login-checkKarbofuran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon