Chemistry News

Etil Formiat

Molecule of the Week” layihəsi çərçivəsində Günel Cavadzadə tərəfindən yazılan məqalə: “Etil Formiat”.

 

Təbiətdə tapılması və kəşfi

2009-cu ildə Kornell və Köln Universitetlərinin tədqiqatçıları, kosmosda, xüsusən Süd Yolunun mərkəzindəki Oxatan B2 toz buludunda etil formiatı aşkar etdilər. Dörd il sonra İspaniya və Fransa alimləri bu dəfə Orion bürcündə varlığını təsdiqlədilər. Bu və digər bir çox üzvi molekulun kosmosdakı kəşfləri bəzi tədqiqatçılara dünyadan kənarda həyatın mövcud ola biləcəyinə ümid verir. Etil formiat etanol və qarışqa turşusunun reaksiyasından əmələ gələn mürəkkəb efirdir.

Fiziki və Kimyəvi xassələri

Fiziki xassələri: Xarakterik likör iyli, moruq dadı verən maddədir. Molyar kütlə 74.08 q/mol.

Qaynama nöqtəsi 54 ºC
Suda həllolması 88 q/l

Əsas alınma üsulu

Etil formiat etanol və qarışqa turşusunun reaksiyasından əmələ gələn mürəkkəb efirdir.

Tətbiqi

1930-cu ildən kütləvi istifadəsi başlanmışdır.

Son məhsulda miqdarı (%)

Analitik məlumatlar qaz xromotoqrafiyası və infraqırmızı spektroskopiyası əsasında əldə edilmişdir.

 

Sabun Yuyucu vasitələr Krem, lasiyon Ətir
Ola biləcək 0.01 0.001 0.005 0.08
Maksimum 0.1 0.01 0.03 0.4

Sənayedə nitrosellüloza, sellüloza asetat  və yağlar üçün  həlledici kimi istifadə olunur. Aseton əvəzi olaraq istifadə edilə bilər; işçilər aşağıdakı hallarda təsirinə məruz qala bilərlər:

Maraqlı faktlar: Qarışqa ölüsünü tədqiq edən zaman bu maddəyə rast gəlinir. Həmçinin arı sancmalarında da əmələ gələ bilən maddədir. Etil formiat ümumiyyətlə ABŞ Qida və Dərman İdarəsi tərəfindən təhlükəsiz olaraq tanınır.

Canlı orqanizmə təsiri

Etil formiatın təhlükəsi haqqında məlumat

GHS * təsnifatı: yanıcı mayelər, kateqoriya 2
H225 — Yüksək dərəcədə alovlanan maye və buxar
GHS təsnifatı: kəskin toksiklik, oral və tənəffüs, kateqoriya 4
H302 / H332 — Udulduqda və ya tənəffüs edildikdə zərərlidir.
GHS təsnifatı: göz qıcıqlanması, kateqoriya 2A
H319 — Ciddi göz qıcıqlanmasına səbəb olur.
GHS təsnifatı: spesifik hədəf orqan toksikliyi – tək təsir, kateqoriya 3, tənəffüs sistemi
H335 — Tənəffüs qıcıqlanmasına səbəb ola bilər.

Etil formiat ilə tənəffüs etdikdə toksiki təsir göstərə bilər, xüsusilə də MSS depresiyası ilə nəticələnə bilər. Gündəlik 8 saat 1000 ppm inhalyasiya narkotik təsir göstərə bilər. Təcrübələrə əsasən etil formiat buxarları ilə 5 dəqiqə tənəffüs edən siçanların heç biri ölmədiyi halda, sadəcə 4 saat müddətində 8000 ppm etil formiata məruz qaldıqdan 14 gün sonra 6 siçandan 5-i ölmüşdür.

Etil formiat da daxil olmaqla yüngül alifatik mürəkkəb efirlər suda yaxşı həll olduğuna görə asanlıqla ağciyər alveollarından keçir və  mədə-bağırsaq traktından udulur.

Siçanların qidasına  17 həftə 1000, 2500, 10000 ppm etil formiat daxil etdikdə onlarda heç bir makroskopik dəyişiklik müşahidə olunmamışdır. Dovşanlar gündəlik 6.8 mg etilformiat ilə qidalanması nəticəsində bədən çəkisinin təqribən 50%-ni itirmiş, karbohidrat mübadiləsində problemlər yaranmış, bu da özünü qanda şəkərin miqdarının artması, uzunmüddətli hiperqlisemik periodla göstərmiş, həmçinin proteinuriyaya (sidikdə zülalın olması), bununla da xroniki nefritə səbəb olmuşdur.

 

Ədəbiyyat:

  1. https://en.wikipedia.org/wiki/Ethyl_formate
  2. https://www.acs.org/content/acs/en/molecule-of-the-week/archive/e/ethyl-formate.html
  3. Food and Cosmetics ToxicologyVolume 16, Supplement 1, 1978, Pages 737-739
  4. http://www.chemicalland21.com/industrialchem/organic/ETHYL%20FORMATE.htm
55020login-checkEtil Formiat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon