Chemistry News

Dolasetron

Molecule of the Week” layihəsi çərçivəsində Mətanət Feyziyeva tərəfindən yazılan məqalə: “Dolasetron”.

Ümumi formulu: C19H20N2O3

1986-cı ildə patentləşdirilmiş və 2002-ci ildə tibbi istifadə üçün təsdiq edilmişdir.

Dolasetron (ticari adı Anzemet), kimyəvi terapiyadan sonra bulantı və qusma müalicəsində istifadə olunan bir serotonin 5-HT3 reseptor antaqonistidir. Struktur və farmakoloji olaraq digər 5-HT3 reseptor aqonistləri ilə əlaqəlidir.

Fiziki xassələri: Ağ rəngli, bərk halda olan üzvi maddədir. Molyar kütləsi 324.380 q · mol−1  Sıxlığı 1.37±0.1 q/sm3. Ərimə temperaturu 278 °C-dir. Qaynama temperaturu 535.1±50.0 °C. Suda həll olur.

Tətbiqi: Dolasetron tibbdə geniş istifadə olunur. Xərçəng xəstəliyinin müalicəsində istifadə olunan dərmanlar ürəkbulanma yaratdığı zamanı dolasetrondan istifadə olunur ki, bu kimi mənfi əks təsirlərin qarşısı alınsın. Çox zaman müalicəyə başlamazdan təxminən 30 dəqiqə əvvəl venadaxili yeridilir. Kəskin və ya xroniki tibbi xəstəliklər səbəbiylə ürəkbulanma üçün olduqca effektivdir. Əməliyyatdan sonra yaranan ürəkbulanma qarşısının alınmasında əhəmiyyətlidir.

 

 

 

 

 

 

 

Əks təsirləri: Dolasetron`un əks təsirləri də mövcuddur:

▪︎Baş ağrısı

▪︎Yorğunluq.

▪︎Ürək yanması.

▪︎Üşütmə

Ümumilikdə, dolasetron, əks təsirləri az olan bir dərmandır. Baş ağrısı, başgicəllənmə və qəbizlik ilə əlaqədar bildirilən əks təsirləri mövcuddur.
Dolasetron, qaraciyərin sitokrom P450 sistemi tərəfindən parçalanır və bu sistem tərəfindən parçalanan digər dərmanların metabolizmasına çox az təsir göstərir.
Dolasetron, xüsusilə antibiotiklər, antidepresantlar, ürək ritmi dərmanları, xərçəng, malyariya, HİV və ya QİÇS müalicəsi üçün dərmanlar da daxil olmaqla müəyyən dərmanları eyni vaxtda istifadəsi  ürək probleminə səbəb ola bilər. Bu səbəbdən dolasetronla müalicə zamanı istifadə etdiyiniz bütün dərmanları və istifadəyə başladığınız və ya dayandırdığınız dərmanlar haqqında həkimə məlumat verilməlidir. Bəzi dərmanları istifadə edərkən dolasetron qəbul etmək, bədəninizdə yüksək miqdarda serotoninin yığılmasına səbəb ola bilər ki, bu da ölümcül ola biləcək “serotonin sindromu” adlanır. Eyni zamanda qeyd olunan dərmanlar da dolasetronla qarşılıqlı şəkildə təsir göstərə bilər: depressiyanı müalicə edən dərmanlar; psixi pozğunluğu müalicə edən dərman; narkotik (opioid) dərmanı; və ya ürəkbulanma və qusmanın qarşısını alan dərmanlar. Bura resept və reseptsiz satılan dərmanlar, vitaminlər və bitki mənşəli məhsullar daxildir.

 

Ədəbiyyat:

  1. https://www.pharmacompass.com/chemistry-chemical-name/dolasteron
  2. https://en.m.wikipedia.org/wiki/Dolasetron
  3. https://reference.medscape.com/drug/anzemet-dolasetron-342046
  4. https://go.drugbank.com/drugs/DB00757
59290login-checkDolasetron

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon