Chemistry News

Dimetil Fumarat

Molecule of the Week” layihəsi çərçivəsində Vüsalə Əlili tərəfindən yazılan məqalə: “Dimetil Fumarat”.

Ümumi formulu: C6H8O4

Dimetil fumarat (DMF) fumar turşusunun metil efiri olub dərman şahtərəsinin adı ilə (Fumaria officinalis) adlandırılmışdır. Dimetil fumaratın ilk tibbi istifadəsi 1959-cu ildə alman kimyaçısı Walter Schweckendiek tərəfindən təsvir edilmişdir. Digər üç fumar turşusu efiri ilə birləşdirilmiş DMF sədəf xəstəliyi üçün aktual bir formuldur. İsveçrə şirkəti Fumapharm, 1994-cü ildə Almaniyada sədəf xəstəliyi ilə mübarizə üçün DMF-i lisenziyalaşdırmışdır. Ticari adı Fumaderm-dir. Bu formulun effektivliyinə və təhlükəsizliyinə eyni zamanda, DMF-ın əsas aktiv komponent olduğuna dair dəlillərə əsaslanaraq, Almirall tərəfindən DMF-ın formulu hazırlanmışdır. Yetkinlərdə orta-şiddətli sədəf xəstəliyinin müalicəsi üçün istifadə olunur.
DMF-ın istifadəsi ilə bağlı ilkin klinik tədqiqatlar Fumapharm tərəfindən Biogen Idec ilə birlikdə aparılmışdır. Fumapharm sonradan 2006-cı ildə Biogen Idec tərəfindən alındı.

Dimetil fumarat 2013-cü ildən etibarən ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən relapslı multipl sklerozu olan böyüklər üçün müalicə seçimi olaraq təsdiq edilmişdir.

Fiziki xassələri: Molyar kütləsi 144.126 q·mol-1. Ağ rəngli kristallik, bərk halda maddədir. Sıxlığı 1.37 q/sm³. Ərimə temperaturu 103,5 °C-dir. Qaynama temperaturu isə 193 °C-dir.

Dəri ilə təmasdan sonra allergik reaksiyalar səbəbiylə, DMF tərkibli istehlak məhsullarının Avropa Birliyində istehsalına (1998-ci ildən) və idxalına (2009-cu ildən) icazə verilmir.

Tibbdə istifadəsi: Almaniyada DMF sədəf xəstəliyinin müalicəsi üçün istifadə olunur. Sədəfin müalicəsi üçün DMF 30 və 120 mq tabletlərdə verilir və maksimum gündəlik doza 720 mqdir. Skleroz üçün dozalar 120 mq və 240 mq, maksimum gündəlik doz 480 mqdir. 2021-dən etibarən DMF, İngiltərədəki “RECOVERY Trial” çərçivəsində COVID-19 müalicəsi olaraq qiymətləndirilir.

DMF istifadəsi zamanı aşağıdakı əks təsirlər ola bilər:
▪︎Mədə ağrısı
▪︎Həzm prosesində narahatlıq
▪︎Ürək bulanma
▪︎İshal
▪︎Qaşınma və ya qızartı
▪︎Temperaturun müşahidə olunması, qıcıqlanma hissi

Kimyəvi xassələri:

Dimetil fumaratın istifadəsi olduqca təhlükəsizdir. Hətta uzun müddət müalicə məqsədilə istifadəsi (təxminən 10 il ərzində) olduqca təhlükəsiz və təsirlidir.

Dimetil fumarat, klinik olaraq təcrid olunmuş sindromların remissiya xəstəliyi və sklerozun təkrarlanan formalarını müalicə etmək üçün istifadə olunur. Bu dərman xəstəliyi tam şəkildə müalicə etmir, ancaq bəzi təsirləri yavaşlatmaq imkanına malikdir və xəstəliyin təkrarlanma sayını azalda bilir.

 

Ədəbiyyat:

  1. https://www.drugs.com/mtm/dimethyl-fumarate.html
  2. https://go.drugbank.com/drugs/DB08908
  3. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Dimethyl-fumarate
  4. https://www.sigmaaldrich.com/AZ/en/product/aldrich/242926
  5. https://en.wikipedia.org/wiki/Dimethyl_fumarate
61390login-checkDimetil Fumarat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon