Chemistry News

Benzonitril

Molecule of the Week” layihəsi çərçivəsində Nəzrin Qasımova tərəfindən yazılan məqalə: “Benzonitril”.

Benzonitril – kimyəvi birləşmənin ümumi formulu C6H5(CN)-dir.

Adlandırılması: IUPAC nomenklaturasına əsasən benzonitril, sistematik nomenklaturaya əsasən isə benzolkarbonitril adlandırılır.

İlk dəfə 1844-cü ildə Hermann Fellinq tərəfindən kəşf olunub. Belə ki, Fellinq benzonitrili ammonium benzoatı dehidratlaşdırmaqla əldə etmişdir.

Fiziki xassələri: Bu aromatik üzvi birləşmə şirin dada malikdir, badam qoxuludur, rəngsiz, yağlı bir mayedir. Suda az həll olur. Qaynama temperaturu 191°C, donma temperaturu isə -12,8°C-dir

Zəhərlidir, Benzonitrilin yüksək təsiri baş ağrısı, ürək bulanma, halsızlıq, başgicəllənmə, titrəmə, qıcolma, hətta, ölümə səbəb ola bilər. Benzonitril qaraciyər, böyrək və sinir sisteminə də mənfi  təsir edir.

Alınması:

  1. 400-450°C-də toluolun ammonyak və oksigenlə reaksiyasından:

C6H5CH3 + 3/2 O2 + NH3 → C6H5(CN) + 3 H2O

      2. Laboratoriyada CuCN iştirakı ilə benzamidin  dehidratlaşmasından (Rosenmund-Vun-Braun reaksiyası):

Kimyəvi xassələri:

  1. Benzolnitrilin qələvi və yaxud turş mühitdə hidrolizindən Benzoy turşusu əldə edilir:

2. Benzonitrilin metilmaqnezium bromidlə reaksiyasından adduktlar əmələ gəlir. Adduktlardan isə asetofenonlar alınır:

Tətbiqi: Benzonitril kauçuklar, xüsusi laklar, qətranlar, polimerlər və metal duzlar üçün həlledici kimi istifadə olunur.

 

Ədəbiyyat:

  1. https://xumuk.ru/encyklopedia/529.html
  2. Benzonitrile – Wikipedia
  3. https://pubchem.ncbi.nlm.nih.gov/compound/benzonitrile
  4. https://www.sigmaaldrich.com/AZ/en/substance/benzonitrile10312100470

 

53060login-checkBenzonitril

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon