Chemistry News

Allil İzotiosionat

“Molecule of the Week” layihəsi çərçivəsində Günel Cavadzadə tərəfindən yazılan məqalə “Allil izotiosionat

AİTS suda zəif həll olan rəngsiz qatı mayedir. Allil izotiosioanat gözyaşardıcı qazların tərkibində istifadə olunur və AİTS üçün LD50 =151 mq/kq. “İn vitro” və “heyvan modelləri” üzərində aparılan tədqiqatlara əsasən demək olar ki, allil izotiosionat xərçəng xəstəliyi əleyhinə kimyəvi-profilaktik maddə xüsusiyyətlərini özündə daşıyır.
Alil izotiosionat sənayedə allil xlorid və kalium tiosionatın birgə reaksiyasından alınır:
CH 2 = CHCH 2Cl + KSCN → CH 2 = CHCH 2NCS + KCl
Allil izotiosionat yuxarıda adları qeyd edilən toxumların quru distillə edilməsi yolu ilə alına bilər. Qeyd edək ki, allil izotiosionat hidroliz reaksiyasına daxil olur və allilamin alınır.
AİTS əsasən qidalarda ətirləndirici vasitə kimi istifadə olunur. Sintetik allil izotiosioanat məhsulun qorunması üçün əkin sahələrində həşərat, bakteriya və parazit əlleyhinə istifadə olunan dərman maddələrinin tərkibinə daxildir.
Allil izotiosionat bitki mühafizəsi üçün fitofaq maddə kimi istifadə olunur. Belə ki, fitofaq çilənmiş bitkini hər hansı bir heyvan çeynədikdə, heyvanı iyrəndirib uzaqlaşdırır. Son zamanlarda Bu kimyəvi maddənin qırmızı atəş qarışqalarını güclü şəkildə qovduğu da öyrənilmişdir.
Ədəbiyyat
  1. Romanowski, F., Klenk, H. “Thiocyanates and Isothiocyanates, Organic”. Ullmann’s Encyclopedia of Industrial Chemistry. Weinheim: Wiley-VCH. Doi:10.1002/14356007.a26_749.
  2. Hashimoto, Y., Yoshimura, M. & Huang, RN. Appl. Entomol. Zool. (2019), Doi:10.1007/s13355-019-00613-5
  3. US Patent No. 8691042
  4. Shin, I. S., Masuda, H., Naohide, K., “Bactericidal Activity of Wasabi (Wasabia japonica) against Helicobacter pylori”. International Journal of Food Microbiology, (2004), 94 (3): 255–261. doi:10.1016/S0168-1605(03)00297-6
  5. Leffler, M. T. “Allylamine”. Organic Syntheses. (1938), 18: 5.; Collective Volume, 2, p. 24
  6. Zhang, Y (2010). “Allyl isothiocyanate as a cancer chemopreventive phytochemical”. Molecular Nutrition & Food Research. 54 (1): 127–35. Doi:10.1002/mnfr.200900323.
37800login-checkAllil İzotiosionat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon