Chemistry News

1,4-Dioksan

Molecule of the Week” layihəsi çərçivəsində Vüsalə İsrafilova tərəfindən yazılan məqalə: “1,4-Dioksan”.

1,4-dioksan – (C4H8O2) heterosiklik birləşmədir. 1,2-dioksan və 1,3-dioksana nisbətən daha geniş yayılmışdır. Qaynama temperaturu 101 0C, sıxlığı 1,03 q/sm3, molyar kütləsi 88,11q/mol-dur.

Rəngsiz, azca efir iyli, suda həll olan, yanıcı-partlayıcı bir mayedir. Uzun müddət hava ilə təmasda olduqda peroksid əmələ gətirir və bu qarışıqların distillə edilməsi təhlükəlidir. 1985-ci ildə dünyada dioksanın istehsalı 11000-14000 ton təşkil edirdi. 1990-cı ildə ABŞ-da dioksanın ümumi istehsal həcmi 5250 ilə 9150 ton arasında idi.

1,4-dioksan dietilen qlikolun turşu katalizli dehidratasiyası ilə, etilen oksidin dimerləşməsi nəticəsində etoksilləşmiş spirt və etoksillənmiş alkilaminlərin sintezi zamanı əlavə məhsul kimi alınır.

1,4-dioksanın tətbiqi hərbi sahələrdən qida istehsalına, texnoloji sənayeyə qədər müxtəlif sahələrdə geniş yayılmışdır. 1,4-dioksan karsinogen təsirli olub 25000-ə yaxın məlum kosmetik məhsulların 22%-dən çoxunda bu maddəyə rast gəlmək olar. Məsələn, şampun, sabun, duş geli, günəş kremlərində, diş məcunu kimi köpük yaradan məhsulların tərkibində rast gəlinir.

1,4-dioksanın dəridə asanlıqla hopma qabiliyyəti vardır. Mərkəzi sinir sistemi, böyrəklər, ağciyər ve qaraciyərdə arzu olunmayan yan təsirlər yaradır. Emulqatorlar kimi, həmçinin, etoksiləşmiş sulfatların alınmasında xammal kimi istifadə olunur.

Kanadada kosmetik məhsullar üçün 1,4-dioksana qadağa qoyulmuşdur.

“European Economic Community”-nin (Belçika, Almanya, Fransa, İtaliya, Hollandiya, Lüksemburqun yaratdığı ekonomik qurum) kosmetik normalarına görə ticari məhsullarda 1,4-dioksan olmamalıdır. Həssas risk qruplarına hamilələr, yenidoğulmuş körpələr və yeniyetmələr daxildir.

Düzgün istifadə olunmadıqda tullantı sularından içməli suların  tərkibinə keçir və insan və heyvan  orqanizminə toksiki təsir göstərir. Sudan 1,4-dioksanın bir neçə təmizlənmə üsulu var. Peroksid və ya ultra-bənövşəyi işıq (UV) və ozon istifadə edən yüksək texnoloji oksidləşmə prossesləri 1,4-dioksanı yox etmə qabiliyyətindədir. Xlorlama da təsirli üsullardan biridir. Lakin 1,4-dioksanın xlorlaşması zamanı alınan yan məhsullar 1,4-dioksanın özündən daha zəhərlidir, bu səbəbdən effektiv üsul sayılmır. Qabaqcıl elektrokimyəvi oksidləşmə texnologiyası 1,4-dioksanla çirkləndirilmiş yeraltı suların təmizlənməsində effektiv təsir göstərmişdir. Bundan əlavə bio və fitotəmizləmə üsulları da məlumdur.

 

Ədəbiyyat:

  1. DS Kosyakov, KG Bogolitsyn, NS Gorbova “ Specific features of solvation of lignin related phenols in the binary mixtures of water with dimethyl sulfoxide, 1,4-dioxsane and acetonitrile” Russian Chemical Bulletin 63(9)  2045-2050 2014
  2. Craig D Adams, Patricia A Scanlan, Neal D Secrist “ Oxidation and biodegradability enhancement of 1,4-dioxsane using hydrogen peroxide and ozone” Environmental science & technology 28(11), 1812-1818, 1994
  3. Sophia Sidhu “ 1,4-dioxsane Bioremediation and Women`s Health”
  4. Matthew J Zenker, Robert C Borden, Morton A Barlaz “Occurrence and treatment of 1,4-dioxane in aqueous environments” Environmental Engineering Science 20(5), 423-432, 2003
  5. Wikipedia – dioxane
55100login-check1,4-Dioksan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon