Chemistry News

Dünyanın Ən Qüvvətli Turşusu

Heksaflüorostibiat turşusu, kimyəvi formulu HSbF6 olan qeyri-üzvi birləşmədir. Stibium pentaflüoridin (SbF5) Hidrogen flüoridlə (HF) qarışığıdır. Qızdırıldığı zaman Hidrogen flüorid qazına (HF) və Stibium pentaflüorid’ə (SbF5) parçalanır. Bu turşu dünyada ən qüvvətli turşu hesab olunur. Sulfat turşusunun necə qüvvətli olması barədə kifayət qədər məlumatınız vardır. Təsəvvür edin, heksaflüorostibiat turşusu 100%-lik sulfat turşusundan 20 kentilyon (20.000.000.000.000.000.000) dəfə daha güclüdür. Birləşmə, plastik və şüşələri yemək qabiliyyətinə malikdir. Hətta insan dərisini, sümükləri əridə və hələ də ac ola bilər. Saxlanılmasının yeganə yolu, onun aşındırıcı təsirlərinə qarşı davamlı olan PTFE (politetraflüoretilen-digər adı Teflon) qablardır. Tədqiqatçılar bununla bağlı araşdırma apardıqları zaman, yalnız və yalnız min dəfəyə qədər durulaşdırdıqdan sonra normal kolbalar istifadə edə bilirlər. Bundan başqa, heksaflüorostibiat turşusu su ilə də şiddətli şəkildə reaksiyaya girir.

58600login-checkDünyanın Ən Qüvvətli Turşusu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon