Chemistry News

Dünyanın ən dahi 20 alimindən biri – Laynus Polinq

Elm aləmində özünəməxsus yerə malik amerikalı kimyaçı Laynus Polinq`in adı dünyanın gəlmiş-keçmiş ən dahi 20 alimi siyahısında göstərilir. Onun həyatını iki hissəyə ayırmaq olar: Həyatının birinci hissəsini o, elmi tədqiqatlara, ikinci hissəsini isə sülh uğrunda mübarizəyə həsr etmişdir. Təsadüfi deyil ki, Laynus Polinq iki paylaşılmayan Nobel Mükafatına layiq görülən yeganə şəxs olmuşdur. O, kimyəvi rabitəni başa düşmək və təsvir etmək üçün kvant mexanikası istifadə edən öncüllərdən biridir. Onun maraqları və töhfələri həddindən çoxdur – alfa heliks`in quruluşunu müəyyən etmişdir, ilk molekulyar xəstəlik olan oraq hüceyrəli anemiya`nı (qırmızı qan hüceyrələrin irsi xəstəliyi) tədqiq etmişdir.
Laynus Polinq “kimyəvi rabitənin təbiətinin tədqiqinə və onu birləşmələrin strukturunun müəyyən olunmasında istifadəsinə görə” 1954-cü ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Xirosimanın bombalanmasından sonra o, diqqətini digər tərəfə – sülhə yönəltmişdir. Polinq nüvə silahlarının sınaqlarına qarşı cəsarətli addımlar atmış və onların qadağan edilməsi üçün kampaniya aparmışdır. Onun bu səyləri ikinci bir mükafata – “Şərq və Qərb arasında nüvə silahları yarışına qarşı mübarizəyə görə” 1962-ci ildə Sülh üzrə Nobel Mükafatına layiq görülməsinə səbəb olmuşdur.
46230login-checkDünyanın ən dahi 20 alimindən biri – Laynus Polinq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon