Website Penoplex Prikavkazye
«PENOPLEX PRİKAVKAZYE» MMC şirkəti 2020-ci ildə təsis edilib. Şirkətin təsisçisi «PENOPLEX» SPB - Rusiya şirkətidir.
Penoplex Prikavkazye zavoduna Laborant tələb olunur
Tələblər
- Həmin sahədə iş təcrübəsi: ən azı 3 il
- Təhsil: Orta peşə və ya Ali təhsil
- Şəxsi maşın: arzuolunandı
- Dil bilikləri: Rus dili əla səviyyədə
- Proqram bilikləri: MS Office
Vəzifə öhdəlikləri:
- Keyfiyyətə nəzarət üzrə əsas sənədlərin, texnoloji və normativ-texniki sənədlərin tələblərini mükəmməl bilməlidir.
- Təsdiq olunmuş hazır məhsulun keyfiyyətinə nəzarət cədvəllərinə əməl etməlidir.
- Daxil olan xammal və materialların normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq üçün keyfiyyətə giriş nəzarəti həyata keçirməlidir.
- Hazır məhsulun keyfiyyətinə selektiv nəzarəti normativ-texniki sənədlərin tələblərinə ciddi şəkildə riayət etməklə keçirməlidir.
- Qüsurlar, məhsulun keyfiyyətinin aşağı düşməsi, aşkar edilmiş uyğunsuzluqlar və texnoloji prosesin pozulması və s. haqqında dərhal bölmə rəhbərlərinə məlumat verməlidir.
- Hazır məhsullar üçün müşayiətedici sənədləri vaxtında və düzgün tərtib etməlidir: keyfiyyət müəyyən edilmiş tələblərə uyğun gəlmədikdə, “uyğunsuzluq haqqında bildiriş”, keyfiyyətin uyğunluğu təsdiq edildikdə “Keyfiyyət pasportu” tərtib etməlidir.
- Müşayiət sənədləri olmayan məhsulları yoxlamaya qəbul etməməlidir.
- Öz səlahiyyətləri daxilində sənədləri imzalamalı və yoxlamalıdır.
- Təhlil və sınaqlar üçün nümunələrin düzgünlüyünə nəzarət etməlidir.
- Mövcud standartlara, spesifikasiyalara və ya digər normativ sənədlərə uyğun olaraq hazır məhsulların yoxlanılması üçün metodlara əməl etməli və yerinə yetirməlidir, əldə edilmiş nəticələrə görə cavabdeh olmalıdır.
- İddiaların təhlili, qüsurların baş verməsinin və istehsal texnologiyasının pozulmasının, işin keyfiyyətinin pisləşməsinin, qüsurlu və aşağı xüsusiyyətli məhsulların buraxılmasının səbəblərinin öyrənilməsi üzrə komissiyaların işində iştirak etmək.
İş şəraiti
- İş yeri: Hacıqabul, Atbulak kəndi, Penoplex Prikavkazye zavodu
- 20 Yanvar metro stansiyasından transfer təşkil olunur
- Nahar və mobil rabitə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı – 1126,86 manat (GROSS)+ 20% KPİ
Maraqlanan namizədlər öz CV-lərini r.aliyeva@Penoplex.ru elektron poçt ünvanına göndərə bilərlər.
To apply for this job email your details to r.aliyeva@Penoplex.ru





