Chemistry News

“Radium Qızları” faciəsi

Keçən əsrin əvvəllərində qaranlıqda parıldayan saatlar möhtəşəm bir yenilik idi. Xüsusi parlaq boya ilə örtülmüş saatlar günəş işığında enerji tələb etmədən hər zaman parıldayırdı.
Bu saatları istehsal edən ilk fabriklərdən biri 1916-cı ildə Nyu Cersi-də açıldı. Çoxu 20 yaşlarında olan təxminən 70 xanım işə götürüldü. Yaxşı maaşlı, cəlbedici iş idi.
Kiçik əqrəblərə və rəqəmlərə boya tətbiq etmək kimi həssas bir iş üçün xanımlara fırçaları dodaqları ilə düzləşdirmə təlimatı verildi. Lakin, boyanın tərkibində 20 ildən bir az əvvəl kəşf edilmiş, xassələri hələ tam başa düşülməmiş radioaktiv element Radium olduğu üçün saatları parıldadırdı. Xanımlar demək olar ki, hər fırça vuruşunda radiasiya qəbul edirdi. Daha sonra onlar “Radium Qızları” kimi tanındılar.
Şirkət rəhbərliyi tərəfindən aldadılaraq radiumun zərəsiz olduğu deyilən “Radium Qızları” bir neçə il ərzində yüksək dozada radiasiyaya məruz qalmışdılar. Bu da onların bir çoxunun xərçəng xəstəliyinə tutulmasına səbəb olmuşdu.
Radiasiyanı bir flüoressent kimyəvi maddə vasitəsi ilə işığa çevirərək işləyən parlaq boya, radium əsaslı ən uğurlu məhsullardan biri idi. Fırçaları ağızlarına salmaqla Radium Qızları xüsusi olaraq risk altında idilər. Bəs bunu niyə edirdilər? Çünki fırça üzərində incə bir nöqtə əldə etməyin, eni 1 mm qədər kiçik olan əqrəbləri və rəqəmləri boyamağın ən asan yolu bu idi.
1920-ci illərin əvvəllərində Radium Qızlarından bəzilərində yorğunluq və diş ağrısı simptomları inkişaf etməyə başladı. İlk ölüm – 1922-ci ildə 22 yaşındakı Mollie Maggia’nın bir illik ağrılardan sonra öldüyü zaman baş verdi. Ölüm şəhadətnaməsində sifilisdən öldüyü göstərilsə də, əslində “radium çənəsi” adlı xəstəlikdən əziyyət çəkirmiş.
Bu fabriklərdə 50-dən artıq işçinin öldüyü, digərlərində isə davam edən xəstəliklər və qalıcı yaralar əmələ gəlməsi haqqında məlumatlar mövcuddur.
Qeyd edək ki, 2018-ci ildə “Radium Girls” adlı film də çəkilmişdir.
62430login-check“Radium Qızları” faciəsi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon