Chemistry News

Trehaloza

Molecule of the Week” layihəsi çərçivəsində Zərnigar Cəfərzadə tərəfindən yazılan məqalə: “Trehaloza”.

Ümumi formulu: C12H22O11

Fiziki xassələri: Molyar kütləsi – 342,3 q·mol-1. Qaynama temperaturu -586,7 °C. Ərimə temperaturu -203 °C.

1994-cü ildə Yaponiyanın Hayaşibara Co., Ltd şirkəti bir çox bitkilərdə, yosunlarda, göbələklərdə, bakteriyalarda və həşəratlarda rast gəlinən, təbii olaraq yaranan, enerji sintez edən şəkər olan trehalozanın kütləvi istehsal  üsulunu işləyib hazırladı. O vaxtdan bəri şirkətin tədqiqatları və dünya üzrə elm adamlarının işi geniş miqyaslı faydaları ortaya qoyur. Hazırda qida və ya peyvəndin saxlama müddətini uzatmaq üçün istifadə edilir, Hayaşibara ümid edir ki, trehaloza bəzi metabolik, ürək-damar, neyrodegenerativ və yoluxucu xəstəliklərin qarşısını almaq və müalicə etmək üçün də istifadə edilə bilər.

Trehaloza istehsalının əvvəlki üsulları aşağı məhsuldarlıq verirdi və məhsul kommersiya istifadəsi üçün olduqca bahalı idi. 1992-ci ildə Hayaşibara şirkətindən Kazuhiko Maruta torpaq bakteriyası, Arthrobacter növünün Q36 ştammı tərəfindən istehsal olunan iki fermenti kəşf etdi. Bu fermentlər 1966-cı ildə kəşf edilmiş nişastanı parçalayan fermentlə birlikdə trehalozadan yüksək məhsul əldə etmək üçün maltodekstrinlə təkrar-təkrar reaksiyaya girə bilər.

Trehaloza və qida sənayesi: Hazırda Yaponiyada qidaların istifadə müddətini uzatmaq üçün geniş istifadə olunan trehaloza qidaları qurumaqdan, tərkibində nişasta olan məhsulların köhnəlməsindən, meyvə və tərəvəzləri rənginin dəyişməsindən qoruyur. O, həmçinin dondurulmuş qidalarda buz kristallarının böyüməsinə maneə törədir, qida itkisini azaldır.

Metabolik sindromlar: Hiqaşiyama deyir: “Trehaloza haqqında mövcud məlumatlar aysberqin görünən hissəsidir.”

2010-cu ildə Hayaşibaranın baytar alimi Çikako Arai nümayiş etdirdi ki, trehaloza yüksək yağlı pəhrizlər verilən obez siçanlarda yağ hüceyrələrinin böyüməsini maneə törədir və insulin müqavimətini azaldır.

O, həmçinin trehalozanın ağ yağ toxumasında enerji istehlak edən bej rəngli yağ hüceyrələrinin istehsalını artırdığını və sağlam siçanlarda qlükoza səviyyəsini azaltdığını aşkar etdi. “Trehalozanın əlavə olaraq istifadəsi enerji xərclərini artırmağa kömək edə bilər və piylənmənin qarşısını almaq potensialına malikdir” deyir.

Bundan əlavə insanlarda trehalozanın gündəlik qəbulu, yeməkdən sonra qanda qlükozanın geri qaytarılmasını asanlaşdırdı və bu, II tip diabetin inkişafının qarşısını almağa kömək edə biləcəyini düşündürür.

 

Ədəbiyyat:

  1. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Trehalose
  2. www.nature.com/articles/d42473-020-00416-1
68360login-checkTrehaloza

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon