Chemistry News

Niyə soyuducuların meyvə tərəvəz hissəsi ayrı olur?

Soyuducuların meyvə, tərəvəz hissəsinin ayrı olmasına səbəb yığımdan sonra meyvə, tərəvəzlərin nəfəs almağa (etilen ifraz etməyə) davam etməsidir. Həmin proses məhsulu yetişdirməyə xidmət edir və davamlı etilen ifrazı isə xarab eləməyə başlayır. Soyuducuların həmin hissəsinə Kalium permanqanat paketləri və digər oksidləşdirici maddələri yerləşdirirlər ki, meyvədən çıxan etileni “tutsun”, neytrallaşdırsın və meyvə təzə qalsın. Ona görə soyuducuda hər qidanı öz hissəsinə qoymaq lazımdır. Etileni ən çox ifraz edən meyvə almadır. Məsələn, avokado alanda tez yumşalmağını istəyirsinizsə, almanın yanına qoyun.
Qeyd: Meyvə-tərəvəzlər etilen ifraz edib etmədiyinə görə iqlimsəl və qeyri-iqlimsəl olaraq iki sinfə ayrılır. Onların da hərəsinin öz optimal temperaturu var.
Müəllif: Şahin Hacıyev
46260login-checkNiyə soyuducuların meyvə tərəvəz hissəsi ayrı olur?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon