Chemistry News

Kimyada bugün – 22 Avqust

Maye sabun üçün ilk patent 1865-ci il 22 Avqust tarixində amerikalı William Shepphard’a verilmişdir. O, az miqdar bərk sabunu suda həll edib çox miqdar ammonyak məhlulu ilə qarışdırdığı zaman şəkər bəkməzi qıvamında bir sabunun meydana gəldiyini kəşf etmişdir.

1900-cü illərin ortalarına qədər populyar olmasına baxmayaraq, maye sabun 1980-ci ilə qədər evlərdə istifadə üçün kütləvi şəkildə istehsal edilməmişdir. “Minnetonka Corporation” 1980-ci ildə “Softsoap“u satışa çıxardı və ilk məhsul olduğu üçün qısa müddətdə böyük gəlir əldə etdilər. Daha sonra geniş açıq bazar imkanlarından faydalanmaq üçün Colgate tərəfindən “Irish Spring”, Proctor & Gamble tərəfindən isə “Ivory” markaları təqdim edildi.

57910login-checkKimyada bugün – 22 Avqust

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon