Chemistry News

Kimya üzrə ilk Nobel Mükafatı

Kimya üzrə ilk Nobel Mükafatı 1901-ci ildə fiziki kimyaçı Yakob Vant Hoff’a verilmişdir.

1906-cı ildə çəkilmiş bu şəkildə iki Nobel Mükafatı Laureatı Vant Hoff (solda) və Vilhelm Ostvald (sağda) laboratoriyada işləyirlər. Vant Hoff “Məhlullarda osmos təzyiqi və kimyəvi dinamika qanunlarının kəşfinə görə” Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. Ondan 8 il sonra Ostvald “katalizlə bağlı işlərinə” və “kimyəvi tarazlıq və reaksiya sürətini tənzimləyən fundamental prinsiplər üzərində araşdırmalarına görə” Kimya üzrə Nobel Mükafatına layiq görülmüşdür. İki laureat tez-tez laboratoriyada birlikdə vaxt keçirirdilər.

Ümumiyyətlə Yakob Van Hoff (Kimya 1901), Svante Arrenius (Kimya 1903), Vilhelm Ostvald (Kimya 1909) və Valter Nernst (Kimya 1920) fiziki kimya sahəsinin müasir qurucuları hesab olunur.

59470login-checkKimya üzrə ilk Nobel Mükafatı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon