Chemistry News

Bu zamana qədər 4 Laureat Nobel Mükafatından imtina etməyə məcbur edilib

Bu vaxta qədər 4 Nobel Mükafatçısı dövlətin səlahiyyətli şəxsləri tərəfindən Nobel Mükafatından imtina etməyə məcbur edilmişdir. Belə ki, Adolf Hitler 3 alman Nobel mükafatçısı Richard Kuhn (1938-ci il Kimya), Adolf Butenandt (1939-cu il Kimya) və Gerhard Domagk-ın (1939-cu il Fiziologiya və ya Tibb) Nobel mükafatını almasını qadağan etmişdir.

1935-ci il Sülh üzrə Nobel Mükafatı Hitlerin tənqidçisi olan alman jurnalist Carl von Ossietzky’yə verildikdən sonra Nobel Komitəsi Hitlerin qəzəbini qazanır. Hitler sonradan bütün almanlara Nobel mükafatını almağı qadağan edir və ona alternativ olaraq İncəsənət və Elm üzrə Alman Milli Mükafatını yaradır.

Ədəbiyyat üzrə 1958-ci il Nobel Mükafatı laureatı Boris Pasternak əvvəlcə Nobel Mükafatını qəbul etmiş, lakin sonradan doğma ölkəsi olan Sovet İttifaqı orqanları tərəfindən Nobel Mükafatından imtina etməyə məcbur edilmişdir.

 

©nobelprize.org

 

58980login-checkBu zamana qədər 4 Laureat Nobel Mükafatından imtina etməyə məcbur edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon