“Molecule of the Week” layihəsi çərçivəsində Günel Əzimova tərəfindən yazılan məqalə: “L-O-Fosfoserin”.
Xətti formulu – (HO)2P(O)OCH2CH(NH2)CO2H
Molekulyar çəkisi – 185.07 q/mol
Molekulyar formula – C3H8NO6P
Aqreqat halı – Kristal toz halındadır.
Rəngi – ağ
Qaynama nöqtəsi – 170 -171 0C
Suda həll olur. 1 mq suda 71 ml həll olur.
L-O-fosfoserin, L-qlutamin və B12 vitamini ilə birlikdə istifadə edilən bir biomolekuldur. O, serin və fosfat turşusunun mürəkkəb efiridir. Bir çox zülalın tərkib hissəsi kimi iştirak edir. Bərpaedici tonik kimi də istifadə edilir. İnsan biomayelərində olan normal bir metabolitdir. Fosfoserinin üç potensial koordinasiya yeri var (karboksil, amin və fosfat qrupu). Orqanizmdə baş verən fosforlanmış liqandlar və metal ionları arasında koordinasiya rejiminin müəyyən edilməsi bioqeyri-üzvi proseslərdə fosfoserinin funksiyasını izah etmək üçün ilk addımdır. O-Phospho-L-Serin III qrup metabotropik qlutamat reseptorlarının mGluR4a və mGluR6 aqonistidir. Protein fosforilasiyası və defosforilasiyası eykariotik hüceyrələrdə protein funksiyasını dəyişdirən əsas siqnal mexanizmləridir. Fosforlaşma normal toxumalarda nadir rast gəlinən translyasiyadan sonrakı hadisədir, lakin fosforlanmış hüceyrə zülallarının bolluğu müxtəlif aktivləşdirmə proseslərindən sonra bir neçə dəfə artır.
Fosforlaşdırılan əsas amin turşuları tirozin, serin və ya treonindir, hər birində onları fosforlaşdıran spesifik kinazlar və onları defosforilyasiya edən xüsusi fosfatazlar var. Fosforlanmış qalıqlara qarşı yönəldilmiş mono və poliklonal antikorlar yaradılıb. Fosforlanmış serin qalıqlarına fosfoserin deyilir. Fosfoserin sərbəst amin turşusu kimi mövcud ola bilər.
Fizioloji təsiri.
Sağlamlığa mənfi təsir edir.
Həzm sisteminin pozulmasına gətirib çıxarır.
Mədə-bağırsaq pozğunluğu yaradır.
Qan və limfa sisteminin pozulmasına səbəb olur.
Ədəbiyyat
- Manning, G.; Whyte, D. B.; Martinez, R.; Hunter, T.; Sudarsanam, (2002-12-06). “The Protein Kinase Complement of the Human Genome”. Science. 298(5600):1912 1934. Bibcode:2002Sci…298.1912M. doi:10.1126/science.
- Park, Hee-Sung; Hohn, Michael J.; Umehara, Takuya; Guo, Li-Tao; Osborne, Edith M.; Benner, Jack; Noren, Christopher J.; Rinehart, Jesse; Söll, Dieter (2011-08-26). “Expanding the Genetic Code of Escherichia coli with Phosphoserine” Science. 333 (6046): 1151–1154.
- Oza, Javin P.; Aerni, Hans R.; Pirman, Natasha L.; Barber, Karl W.; ter Haar, Charlotte M.; Rogulina, Svetlana; Amrofell, Matthew B.; Isaacs, Farren J.; Rinehart, Jesse (2015-09-09). “Robust production of recombinant phosphoproteins using cell-free protein synthesis” Nature Communications. 6: 8168.
- Jastrzab, Renata (2009-05-01). “Phosphoserine and specific types of its coordination in copper(II) and adenosine nucleotides systems – Potentiometric and spectroscopic studies”. Journal of Inorganic Biochemistry. 103(5): 766–773. doi:1016/j.jinorgbio.2009.01.012
- Kataoka, H; Nakai, K; Katagiri, Y; Makita, M (1993). “Analysis of free and bound O-phosphoamino acids in urine by gas chromatography with flame photometric detection”. Biomedical Chromatography. 7(4): 184–8.
- Oza, Javin P.; Aerni, Hans R.; Pirman, Natasha L.; Barber, Karl W.; ter Haar, Charlotte M.; Rogulina, Svetlana; Amrofell, Matthew B.; Isaacs, Farren J.; Rinehart, Jesse (2015-09-09). “Robust production of recombinant phosphoproteins using cell-free protein synthesis” Nature Communications. 6: 8168.
- Sreekumar A, Poisson LM, Rajendiran TM, Khan AP, Cao Q, Yu J, Laxman B, Mehra R, Lonigro RJ, Li Y, Nyati MK, Ahsan A, Kalyana-Sundaram S, Han B, Cao X, Byun J, Omenn GS, Ghosh D, Pennathur S, Alexander DC, Berger A, Shuster JR, Wei JT, Varambally S, Beecher C, Chinnaiyan AM: Metabolomic profiles delineate potential role for sarcosine in prostate cancer progression. Nature. 2009 Feb 12;457(7231):910-4. doi: 10.1038/nature07762.
- Wikipedia