Bizə paltarlarımızın təmiz olduğunu hiss etdirən, bir-birindən fərqli qoxularla onlara bağlanmağımıza nail olan camaşır yumşaldıcıları əslində göründükləri qədər günahsız deyildir. Hər gün başımızı qoyduğumuz yastıq üzünün xoş qoxusu sabah hamımız üçün çox zərərli təsirlər göstərə bilər.
Yumşaldıcılar camaşırlara yumşaqlıq verməklə onların ütülənməsini asanlaşdırır və üzərindəki ləkələrin dağılmasının qarşısını alır. Bunlarla yanaşı yumşaldıcılar camaşırlarımızın üzərindəki statik elektriki azaldan, camaşırların rəngini qoruyan və sürətli quruma xüsusiyyəti qazandıran maddələrdir. Bütün bu xüsusiyyətləri camaşırlarımıza qazandıran yumşaldıcılar pambıq materiallara təsir göstərməkdədir. Camaşırlarımızın hamısının pambıq materialda olması yumşaldıcılar üçün faydalıdır. Pambıq parçalarda liflər bir-birinə bağlı hidrogen rabitələrindən ibarətdir. Camaşırlar isladıldığı zaman pambıq lifləri islanaraq müqavimətləri artır və hidrogen rabitələri çoxalır. Bunun nəticəsində parça sərt və qırışıq hala düşür. İstifadə olunan yumşaldıcılar parçanın üzərini örtərək liflər arasında hidrogen rabitələrinin əmələ gəlməsinin qarşısını alır. Yumşaldıcılar, tərkiblərində olan səthi aktiv maddələr sayəsində parça üzərində təsirlərini uzun müddət qoruyub saxlaya bilirlər.
Ancaq bütün bu xoş xüsusiyyətləri ilə yanaşı yumşaldıcıların içində olan kimyəvi maddələr həyatımız üçün hesab etdiyimizdən də təhlükəli ola bilər. Yumşaldıcıların tərkibində əsasən xloroform, benzil spirti, etanol və etil asetat kimi kimyəvi maddələr vardır. Yumşaldıcılarla birbaşa təmas zamanı bu kimyəvi maddələr tənəffüs yolu ilə orqanizmə daxil olur. Yumşaldıcıların səbəb olduqları xəstəliklər arasında xərçəng, ürək, qaraciyər və böyrəklərin funksiyasının pozulması yer aldığı üçün istifadə etdiyimiz yumşaldcıların tərkibi bizim üçün həddən artıq önəmlidir. Yumşaldıcılarda ən çox rast gəlinən xloroform sinir sisteminə təsir göstərdiyi üçün olduqca zərərlidir. Buna oxşar olaraq linalol və etanol da mərkəzi sinir sistemi pozulmalarına səbəb olur. Alfa terpineol və benzil spirti isə tənəffüs problemlərinə səbəb olaraq ağciyərlərə təsir göstərir. Dəri vasitəsi ilə asanlıqla orqanizmə daxil olan kafur da sinir sistemi pozulmalarına yol açır. Limonen isə gözləri və dərini qıcıqlandıran kimyəvi maddədir.
Rəngarəng qabları ilə diqqət çəkərək həyatımıza girən yumşaldıcıların həyatımıza daxil etdiyi kimyəvi maddələri istifadə etdiyimiz zaman daha diqqətli olmalı və aldığımız yumşaldıcıların tərkibini izləməliyik. Beləliklə hər gün istifadə etdiyimiz çarşab, dəsmal və paltarlarımız bizim üçün təhlükə mənbəyi olmaqdan çıxar.
Mənbə:
- Kimyasal Gelişmeler | Yeniliğin ve Gelişimin Tek Adresi (kimyasalgelismeler.com)
- https://www.kao.com/content/dam/sites/kao/www-kao-com/global/en/news/2011/pdf/20111101-001-01.pdf