İngilis kimyaçı Uilyam Henri Perkin 15 yaşında olarkən Alman kimyaçısı Hofman`ın tələbəsi olur. Professor Hofman həmin zamanlar malyariya xəstəliyinin müalicəsi üçün (hərarəti aşağı salmaq üçün) Xinin`in (C20H24N2O2) sintezi ilə bağlı tədqiqatlar aparırdı. Perkin də Hofman ilə birlikdə bu tədqiqatlara xüsusi diqqət göstərirdi. Bir gün O, Anilini (C6H5NH2) sulfat turşusunda Kalium dixromat ilə oksidləşdirdiyi zaman qara çöküntü əmələ gəldiyini gördü, təbii ki, bu xinin deyildi. Perkin qara çöküntünü atmaq əvəzinə uşaqlıq marağından həmin çöküntünün rəngini dəyişdirmək üçün qarışığa etanol əlavə etdi. Beləliklə bənövşəyi rəngi əldə etdi və bu rəngə “Mauve”, “Mauveine” və ya “Anilin bənövşəyisi” adını qoydu. Bu rəngin eyni zamanda ipəyi boyadığının fərqinə vardığı zaman əslində ilk sintetik boyanı kəşf etmişdi. Bu zaman onun sadəcə 18 yaşı var idi. O, ilk olaraq kəşfinin patentini alır və sintetik boyaların istehsalını başladır. Qısa bir vaxt ərzində sərvət sahibi olur.
“I was endeavouring to convert an artificial base into the natural alkaloid quinine, but my experiment, instead of yielding the colourless quinine, gave a reddish powder. With a desire to understand this particular result, a different base of more simple construction was selected, viz. aniline, and in this case obtained a perfectly black product. This was purified and dried, and when digested with spirits of wine [ethanol] gave the mauve dye.”
WILLIAM PERKIN
Cantor Lectures, 1868