Chemistry News

Niyə soyuq halda içirik?

Yəqin ki, qazlı içkilərin üzərində “soyuq için” yazısına diqqət etmisiniz. Bəs bunun səbəbi nədir?!
Qazlı içkilərin içərisində təzyiqin köməyi ilə həll edilmiş karbon dioksid qazının (CO2) olması demək olar ki, hamıya məlumdur. Həllolmaya təsir edən iki faktor var: Temperatur və təzyiq. Qazların həllolması temperaturla tərs, təzyiqlə isə düz mütənasib asılıdır. Yəni temperatur artdıqca həllolma azalır, təzyiq artdıqca həllolma artır. Siz soyuq qazlı içkini soyuducudan çıxarıb kənarda bir yerdə unutsanız həmin qazlı içki (məhlul) istiləşdiyi üçün içərisindəki CO2`nin həllolması azalır. Qapağı açdığınız zaman isə CO2 sürətli şəkildə çıxmağa başlayacaq. Yəni qısaca olaraq desək qazlı içkilərin üzərində “soyuq için” yazmaqlarının səbəbi qapaq açıldığı zaman içərisindəki CO2 qazının uçmasının qarşısını almaqdır.

5070login-checkNiyə soyuq halda içirik?
wpChatIcon