Chemistry News

Rozmarin Turşusu

“Molecule of the Week” layihəsi çərçivəsində Xatirə Əzimova tərəfindən yazılan məqalə: “Rozmarin turşusu”.

 

Rozmarin turşusu ilk dəfə 1958-ci ildə italyan kimyaçıları M. L. Scarpatti və G. Oriente tərəfindən rozmarin cinsinə aid bitki növü olan dərman rozmarinindən (Rosmarinus officinalis) əldə edilmişdir. Rozmarin turşusu, kafein turşusu və (3,4-dihidroksifenil)laktat turşusunun efiridir. Qırmızı-narıncı toz şəklində olan bu maddənin kimyəvi formulu C18H16O8 kimidir.

 

Nisbi molekul kütləsi isə 360.3 qram/mol-dur. Bu maddəyə müxtəlif bitkilərin (nanə, kəklikotu, adaçayı) yarpaqlarında toz halında rast gəlinir. Daha sonra toz halında olan bu maddə su və ya etil spirtində həll edilərək turşuya çevrilir. Ərimə temperaturu isə 171-175 °C intervalındadır. Həmçinin bu maddə üzvi həlledicilərdə də yaxşı həll olur. Yuxarıda qeyd etdiyimiz kimi rozmarin turşusu kimyəvi olaraq kafein turşusu və (3,4-dihidroksifenil)laktat turşusunun efiridir, lakin bioloji olaraq 4-kumaroil-4′-hidroksifenillaktat-dan əmələ gəlir:

Adətən qida qatqısı kimi istifadə olunur. Rozmarin turşusu bir sıra maraqlı bioloji fəaliyyətlərə malik olduğu üçün tibbdə antibakterial, iltihab əleyhinə, trombositlərə, xərçəngə, ağciyər xəstəliklərinə, ürək-damar xəstəliklərinə qarşı maddə kimi istifadə edilir. Bu xüsusiyyətləri ilə yanaşı rozmarin turşusu bədənin artıq istehsal etdiyi radikalları təsirsiz hala gətirərək yaşlanmanı da gecikdirir. Daha bir xüsusiyyəti isə mənfi düşüncələri dağıdaraq depressiyaya qarşı da istifadə olunur.

Rozmarin turşusunun dərinin iltihablı xəstəliklərindən (dəri həssaslığı, allergiya) biri olan Atopik Dermatitə (AD) qarşı təsirini qiymətləndirmək üçün təcrübə aparılmışdır. Təcrübədə yüngül AD olan 21 nəfər (14 qadın, 7 kişi) iştirak etmişdir. Rozmarin turşusunun emulsiyası gündə iki  dəfə həmin şəxslərə tətbiq edilmişdir. Təcrübədə iştirak edən şəxslərin hamısının müalicədən əvvəl və 4-8 həftə sonra dəri vəziyyəti qiymətləndirilmiş, atopik dermatitin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilmişdir.

Tədqiqatçılar rozmarin turşusunun beyin və mərkəzi sinir sisteminə təsirini öyrənmək üçün heyvanların davranışına bu maddənin təsirlərini araşdırmışlar. Bu məqsədlə siçovullara rozmarin turşusunun verilməsi, labirint testindən təcrübə stresinə məruz qaldıqları zaman narahat davranışların əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olmuşdur. Bu təsir, rozmarin turşusunun aşağı dozalarında özünü göstərmişdir. Rozmarin turşusunun daha yüksək dozalarında siçovullarda motivasiya və hərəkət artımı müşahidə edilmişdir. Bu səbəbdən, tətbiq olunan dozadan asılı olaraq rozmarin turşusunun beyin və mərkəzi sinir sistemi üzərində fərqli təsirləri ola bilər.

 

Ədəbiyyat:

  1. Isolamento costituzione e dell ‘acido rosmarinico (dal rosmarinus off ). M. L. Scarpati, G. Oriente, Ric. Sci, 1958, volume 28, pages 2329-2333
  2. MetaCyc rosmarinic acid biosynthesis I (biocyc.org)
  3. Rosmarinic acid | C18H16O8 – PubChem (nih.gov)
  4. Rosmarinic acid – ScienceDirect
  5. Effects of rosmarinic acid on nervous system disorders: an updated review | SpringerLink
  6. Rosmarinic Acid: Brain Effects | (robertbarrington.net)
48320login-checkRozmarin Turşusu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon