Chemistry News

Kadavrin

Molecule of the Week” layihəsi çərçivəsində Turan Alışlı tərəfindən yazılan məqalə: “Kadavrin”.

Kadavrin ümumi formulu (NH2)-(CH2)5-(NH2) olan Diamindir. Digər adları Pentandiamin-1,5 və ya Pentametilendiamindir. Kadavrin Latın dilində “Kadaver”(Cəsəd) sözündən yaranıb. İlk dəfə 1885-ci ildə Berlin həkimi Lüdviq Brieger tərəfindən təsvir edilib.

Alınması:

Kadavrin Amin turşu olan Lisinin dekarboksilləşmə məhsuludur.

Sxem: Kadavrin biosintezinin tənzimlənməsi

Fiziki xassələri:

Sıxlığı-0.8730 q/mL dir. Ərimə temperaturu 11.83 °C, qaynama temperaturu 179.1 °C dir. Suda və etanolda yaxşı həll olur. Dietil efirində az həll olur. Turşuluğu (pKa) 9,13 və 10,25 dir.

Kimyəvi xassələri:

Kadavrin güclü əsasdır. Qızdırıldıqda çox zəhərli NOx dumanları ayrılır.

Kadavrin pis qoxulu və toksik maddədir. Heyvan toxumasının çürüməsi nəticəsində əmələ gəlir. Həmçinin proteinlərin parçalanmasından da kadavrin əmələ gəlir və buna görə də pişik kimi ətyeyən heyvanların peyininin qoxusu pis olur. Ölü bir insan bədəni təxminən 30 fərqli kimyəvi birləşmə buraxır. Çürüyən bədəndə əmələ gələn qazlar və birləşmələr müxtəlif qoxular yayır. Bu birləşmələrə daxil olan Kadavrin də çürük ət iyi verir. Kadavrin eyni zamanda İnsan tüpürcəyində də mövcuddur. Heyvanlar öldükdə xoşagəlməz bir qoxu buraxırlar. Bu qoxunun əsas komponenti, Kadavrinə oxşar Diamin olan Putressin (Putrescine NH2-(CH2)4-NH2) ölü cəsədlərin çürüyən toxumasında əmələ gələn yağ turşularının parçalanmasından əmələ gələn uçucu maddədir. Heyvan araşdırmaları göstərir ki, putressin alıcını ərazini tərk etməyə və ya ondan uzaqlaşmağa sövq edən güclü bir kimyəvi sensor siqnal kimi fəaliyyət göstərə bilər. Bitkilərdə, bitkilərin böyüməsinə və inkişafına, hüceyrə siqnalına, stresə cavab verməyə və böcəklərin müdafiəsinə kömək edir. Kadavarin turş mühitdə hüceyrənin yaşaması üçün mühüm əhəmiyyət kəsb edir və anaerob şəraitdə qeyri-üzvi fosfat olan Pi çatışmazlığı yaşayan hüceyrələri qoruyur. Bitkilərdə bitki böyüməsi və inkişafı, hüceyrə siqnalizasiyası, stresə cavab və böcəklərin müdafiəsi kimi müxtəlif proseslərin tənzimlənməsində iştirak edir. Kadavrinin əmələ gəlməsi heyvanların böyüməsi və şişlərin yaranması ilə də əlaqəlidir. Kadavrin hal hazırda dünyada “Ölüm qoxusu” olaraq da adlandırılır.

 

 Ədəbiyyat:

  1. https://en.wikipedia.org/wiki/Cadaverine
  2. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Cadaverine
  3. https://www.rsc.org/images/TM0512-putrescine-cadaverine_tcm18-221656.pdf
  4. https://www.aftermath.com/content/body-decomposition-smell/
  5. https://www.theguardian.com/education/2009/mar/10/saliva-improbable-research-bad-breath

 

61510login-checkKadavrin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon