Chemistry News

İzoamil Asetat

“Molecule of the Week” layihəsi çərçivəsində Xəyalə Kəsəmənli tərəfindən yazılan məqalə: “İzoamil asetat”.

(CH3)2CH-(CH2)2-OOC-CH3 və ya izo- C5H11OOC-CHNitrosellülozanın və triasetat sellülozanın həlledicisi kimi istifadə olunur, kinoplyonka kleylərinin tərkibinə daxildir. Qida sənayesində armud essensiyası adı altında tanınır. İzoamil asetat, yüksək qatılıqda mərkəzi sinir sisteminə pis təsir göstərir.

İzoamil asetat, meyvə iyi verən, rəngsiz, uçucu mayedir. Oddan təhlükəlidir, bu səbəblə, yanıcı maddələrdən uzaq, hermetik qablarda və soyuq saxlanılmalıdır.

Qaynama temperaturu 1420C

Ərimə temperaturu -710C

Sıxlığı 0,876 q/sm3

Suda həll olması 1q/100ml

Alınması:

Duru sulfat turşusunun katalizatorluğu altında, izoamil spirti ilə sirkə turşusunun qarşılıqlı təsirindən alınır (Fişerə görə efirləşmə):

İzoamil asetat həmçinin izopentil asetat adı altında da məlum olan üzvi birləşmədir. Suda az, üzvi həlledicilərdə yaxşı həll olur. İzoamil asetat həm banan, həm də armud iyi verən üzvi maddədir.

İzoamil asetat qidalarda banan dadı vermək üçün istifadə olunur. İzoamil asetat təbii olaraq banan bitkisində olur, həmçinin sintetik olaraq da istehsal olunur.  Ənənəvi Fişer efirləşmə reaksiyasına alternativ olaraq təbiiyə daha yaxın alınma üsulları üzərində işlənilir. Səbəb isə çox sadədir, istehlakçılar daha təbii əlavələr olan məhsullar, qidalar istəyir, çünki onlar ekoloji və sağlamlıq baxımından daha zərərsizdir. Enzim və bütöv-hüceyrəli biokataliz və fermentasiya yolu ilə təbiiyə yaxın izoamil asetat almaq mümkündür. Bu prosedurların əksəriyyəti laboratoriya şəraitində aparılsa da, sənayeyə tətbiqi də mümkündür.

Yuxarıdakı şəkildə İzoamil spirtinin izoamil asetata çevrilməsi nəticəsində banan qoxulu ətirləndiricilərin alınması prosesinin görürsünüz. ATF1 geni yaradan hüceyrələr izoamil spirtini banan qoxusu verən izoamil asetata çevirir.Bu zaman əsasən dayanıqlı fazada aktiv olan bakterial promotor ATF1-in ayrılmasına nəzarət edir.

İpək və süni incilərin, foto-filmlərin, su keçirməz verniklərin, ayaqqabı, dırnaq laklarının istehsalında tətbiq edilən izoamil asetat eyni zamanda tekstil sənayesində də parçaların boyanması prossesində və süni ipək istehsalında istifadə edilir. Parçadan hazırlanmış geyim və əşyaların quru təmizləməsində də istifadə olunur. İzoamil asetat xromotoqrafiyada standart maddə kimi də tətbiq edilməkdədir. Qida sənayesində ətirləndirici və dadlandırıcı kimi, pivə istehsalında, mineral və şirin sulara, süni kofeyə, bala  və başqa məhsullara ətirləndirici əlavə kimi əhəmiyyət daşıyır. Fermentasiyaya məruz qalan əksər alkoqol içkilərin, məsələn pivə, şərab, çaxırın tərkibində olan əsas ətirləndirici komponentlərdən biridir.

Xoş qoxusu və az toksik olması səbəbi ilə qaz maskalarının, respiratorların effektivliyini yoxlamaq üçün istifadə edilir.

İzoamil asetatla fiziki təmas gözlərdə və dəridə qıcıqlanmaya səbəb ola bilər.Uzun müddət dəri ilə təmas quruluğa vədərinin çatlamasına gətirib çıxarır. Həmçinin nəfəs yollarına düşən zaman burun, boğaz və ağciyərlərdə qıcıqlanma yaradır. Yüksək qatılıqlarda məruz qalma baş ağrısı, keyimə, ürək getmə və yorğunluğa səbəb olur.

 

Ədəbiyyat:

  1. Органическая химия, Л.Физер, М.Физер. Москва,1969
  2. Üzvi kimya, A.M.Məhərrəmov, M.N.Məhərrəmov, Bakı-2006
  3. Органическая химия, К.Д.Ненницеску, Москва, 1963
  4. Synthetic Biology, Part A,James Dixon, Natalie Kuldell, in Methods in Enzymology, 2011
  5. https://www.chemoxy.com/products-and-applications/products/intermediates/isoamyl-acetate/
  6. Banana flavor: Insights into isoamyl acetate production,January 2010, In book: Bananas:   Nutrition, Diseases and Trade Issues (pp.225-244),Publisher: Nova Publishers, Editors: Alisha E. Cohen
48960login-checkİzoamil Asetat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon