Chemistry News

Hidrokortizon

Molecule of the Week” layihəsi çərçivəsində Tuncay İmanlı tərəfindən yazılan məqalə: “Hidrokortizon”.

Hidrokortizon, steroid hormon olan kortizolun sintetik bir preparatıdır. Kortizol (hidrokortizon) böyrəküstü vəzin ifraz etdiyi steroid hormondur. Bədən funksiyalarının tənzimlənməsində kompleks rol oynayır və orqanizmin mövcudluğu üçün vacibdir. 1937-ci ildə T. Reichstein və 1938-ci ildə H. L. Mason böyrəküstü vəzilərdən hidrokortizon ayırdı. Bu vəzi tərəfindən hormonun sintezi düzgün həyata keçirilməzsə, Addison xəstəliyi, hipofiz vəzinin hormon çatışmazlığı müşaiyət oluna bilər. Vəzin fəaliyyətini normallaşdırmaq üçün ticari adı “Hydrocortisone” olan dərmanlar istehsal olunur. Hidrokortizon 1936-cı ildə patentləşdirilmiş və 1941-ci ildə tibbi istifadə üçün təsdiq edilmişdir. Hidrokortizon, kortikosteroid olaraq bilinən  dərmanlar sinifinə aiddir. Hidrokortizondan ancaq böyrəküstü vəzi xəstəliklərinin müalicəsində deyil, şiddətli allergiya, dəri xəstəlikləri, ülseratif kolit, artrit, lupus, sədəf və ya tənəffüs problemləri kimi müxtəlif problemlərin qarşısını almaq üçün də istifadə olunur. Hidrokortizon bədənimizdə infeksiyaya səbəb olan maddələrin inkişafının qarşısını alır.

Hidrokortizon C21H30O5 formuluna malik kimyəvi birləşmədir. Qoxusuz, dadı acı olan, ağ toz formasında olan birləşmədir, hiqroskopikdir. Suda yaxşı həll olur. Eyni şəkildə metanol və etanolda da həll olur, xloroformda az həll olur. Ərimə temperaturu 217-220 0C təşkil edir. Molekul kütləsi 362,5-dir.Hidrokortizon eyni zamanda  bir qlükokortikoiddir, yəni qandakı qlükoza miqdarını artırır. Hidrokortizon bağırsaqdan çok sürətli bir şəkildə əmilir (təqribi 95%).

Hidrokortizon müxtəlif formalarda olur və kortizolun əvəz edilməsində istifadə edilənlər adətən ağızla qəbul edilən tabletlər şəklindədir. Pompa üsulu, əzələdaxili inyeksiya və ya şamdan istifadə edərək dərialtı infuziya ilə tətbiq olunan digər preparatlar da vardır.

Kimyəvi xassələri: “Rhodococcus” cinsinə aid olan bakteriyalardan  kortizon və hidrokortizon kimi substratlara uyğun olaraq prednizon və prednizolon əldə oluna bilər. Prednizon və prednizolon iltihab əleyhinə dərman kimi geniş istifadə olunan steroidlərdir.

Kortizon və kortizol (hidrokortizon) qlükokortikoidlər sinfinə aiddir. C3 mövqeyində keton qrupu, C4 mövqedə ikiqat rabitə və C17-də COCH2OH zənciri olması ilə xarakterizə olunur və C11 mövqeyində kortizonun karbonil qrupuna malik olması ilə fərqlənir. Hidrokortizonun quruluşunda isə əlavə olaraq bir hidroksil qrupu vardır.

Prednizon və prednizolonun kortizon və hidrokortizona nisbətən 4-5 dəfə daha aktiv olduğu sübut edilmişdir Kortizon və hidrokortizonun yaxşı bilinən bir antiinflamatuar fəaliyyəti vardır və eyni dərəcədə məlumdur ki, prednizon və prednizolonda C1-C2 mövqeyində əlavə/ikinci cüt rabitənin  olması bu aktivliyi artırır: xüsusən Δ1-hidrokortizon (prednizolon) asetat, hidrokortizon asetatdan dörd qat daha aktivdir.

Prednizonun və prednizolonun kimyəvi üsullarla sintezi müxtəlif mərhələlərdən təşkil olunmuşdur. Bu üsulların birində dihidrokortizon asetatdan sintez olunur. Verilən nümunədə, bu birləşmə molekulyar brom tərəfindən dibrominasiyaya uğrayaraq  dihidrokortizonun 2,4-dibromo törəməsini verir. 3,5-lutidin ilə dehidrobrominasiya, sonra kalium bikarbonatdan istifadə edərək asetil qrupunun hidrolizi prednizon verir:

Dihidrokortizonla yanaşı, hidrokortizon vəziyyətində də iki növ birləşmə əldə edilmişdir: A halqasının Δ1-dehidrogenləşməsindən qaynaqlanan prednizolon və karbonil qrupunun sayının azalması ilə ortaya çıxan məhsul – 20β-hidroksi-prednizolon:

Tətbiqi: Hidrokortizon insanda və bir çox heyvanda, əsasən böyrəküstü vəzindəki adrenal korteksin zona fasciculata tərəfindən sintez olunan kortizolu əvəz edir. Digər toxumalarda daha az miqdarda istehsal olunur. Stresə və aşağı qan qlükoza konsentrasiyasına görə sərbəst buraxılması artır. Hidrokortizona stress hormonu da deyilir.

Hidrokortizonla yanaşı bu məqsədlə istifadə olunan dərman vasitələrindən olan “Plenadren” bədənin təbii kortizol istehsalını daha da yaxşılaşdıran dərman vasitəsidir.

Hormon əvəzləyicisi hidrokortizon olan kortizol 1930-cu illərdə Edward Kendall, Tadeus Reichstein və Philip Hench tərəfindən 1950-ci ildə kəşflərinə görə fiziologiya və tibb sahəsində Nobel mükafatı qazanan bir sıra birləşmələrdən biri idi. Eqzema və dermatit kimi dəri xəstəliklərinin müalicəsində istifadə olunan vasitələrin (kremlərin) tərkibində bu birləşməyə rast gəlinir. Bu əsasən onun immunosupressiv funksiyası ilə əlaqədardır və iltihabı azaldır. Stress (və potensial zədələnmə) zamanı qismən sərbəst buraxılır, çünki birbaşa reaksiya verir. Nəticədə qan təzyiqi və qan şəkəri yüksəlməsi, enerjinin artırılması kimi hallar yaşanır. Eyni zamanda əzələlərin amin turşularından istifadə etmə qabiliyyətini artıraraq metabolik prosesə kömək edir. Yan təsir olaraq bədəndəki duz və su tarazlığı dəyişə bilər və mədə daha çox turşu ifraz edə bilər. Qandakı kortizolun çoxu (4 %-dən başqa hamsı), kortikosteroid bağlayıcı globulin (CBG) və serum albümini daxil olmaqla zülallarla əlaqəlidir. Sərbəst kortizol hüceyrə membranlarından asanlıqla keçir.

 

Ədəbiyyat:

  1. https://www.kliniksaglik.com/#gsc.tab=0
  2. https://www.pituitary.org.uk/information/treating-a-pituitary-condition/hydrocortisone/
  3. https://www.sciencedirect.com/topics/pharmacology-toxicology-and-pharmaceutical-science/hydrocortisone
  4. https://www.chemistryworld.com/podcasts/cortisol-and-hydrocortisone/8647.article
  5. https://pubchem.ncbi.nlm.nih.gov/compound/Hydrocortisone
  6. https://www.mdpi.com/1420-3049/25/9/2192/htm
  7. https://en.wikipedia.org/wiki/Cortisol
57600login-checkHidrokortizon

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon