Chemistry News

Brassinolid

Molecule of the Week” layihəsi çərçivəsində Mədinə Əzməmmədova tərəfindən yazılan məqalə: “Brassinolid”.

Brassinolidlər – fitohormonlardır. Brassinolid,  kastasteronun (C28H48O5) Baeyer-Villiqerin oksidləşməsindən əmələ gələn yeddi üzvlü lakton halqasına malikdir.

Ümuni formulu:C28H48O6

Brassinolidlər ilk dəfə 1979-cu ildə kəşf edilmişdir, daha sonra bir sıra bitkilərdə geniş istifadəsinə yer verilmişdir. Əsasən, bitkinin böyüməsində və davamlı inkişafında, o cümlədən ferment aktivliyinin tənzimlənməsində rol oynayır.

İlk əldə olunmuş brassinosteroid, kolza toxumunun (Brassica napus) poleninin kök uzanmasını və hüceyrə bölünməsini müşahidə etdikdə müəyyən olunmuşdur. Bioloji aktiv komponent təcrid olunmuş və brassinolid adlandırılmışdır.

Fiziki xassələri: Molekulyar çəkisi 480.7 q•mol-1. Ağ rəngli toz halında maddədir. Ərimə temperaturu 274 °C-dir.

Brassinolidləri istifadə etmək olduqca asandır, çünki suda həll olunur və bitkinin yarpaqlarına tətbiqi sprey kimi istifadə ilə də mümkündür. Böyüməyə, məhsuldarlığın artmasına və keyfiyyətinin yaxşılaşmasına səbəb olduğuna görə bir çox məhsullar üçün geniş istifadə olunur. Brassinolidlər, pambıq, üzüm, pomidor, acı bibər, kartof, nar, gül, sitrus, badımcan, manqo, qarpız, buğda, düyü, şəkər qamışı və s. məhsulların inkişafına və keyfiyyətinin yüksəldilməsinə təsir edir. Qələvi pestisidlərlə birlikdə istifadə edilməməyi məsləhət göürülür.

Şəkil. Brassinolidlərin istifadəsi nəticəsində bitkilərin inkişafı

Brassinolid, yüksək səmərəliliyi, geniş istifadəsi və təhlükəsizliyi ilə xarakterizə olunan bitki böyüməsi tənzimləyicisidir. Bioloji aktivliyi ənənəvi bitki artım tənzimləyicisindən 100 dəfə yüksəkdir, oksin, gibberellik və siktokininlə oxşar funksiyalara malikdir.

İstifadəsi zamanı diqqət yetirməli olan məqamlar:

  • Dəri, gözlər və ağızla təmasından yayınmaq mütləqdir.
  • İstifadəsi zamanı təhlükəsizlik məqsədilə əlcək, maska, gözlük məsləhətdir.
  • Uşaqlardan uzaq tutulmalıdır.

Faydaları:

  1. Məhsuldarlığın artırılmasına köməklik göstərir.
  2. Bitkinin quraqlığa və soyuq havaya qarşı müqavimətini  gücləndirir.

 

Ədəbiyyat:

  1. https://pubmed.ncbi.nlm.nih.gov/15710611/
  2. https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/brassinolide
  3. https://www.gardeningknowhow.com/garden-how-to/soil-fertilizers/how-brassinolides-work-in-plants.htm
63630login-checkBrassinolid

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

wpChatIcon